AZ

AFFA 4 futbolçunu cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

İdmanxeber.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 33-cü turunun oyunlarındakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub.

“Kəpəz” – “Sumqayıt” oyununun 90+2-ci dəqiqəsində “Kəpəz”in futbolçusu Olavale Onanuqa hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb, “Kəpəz” klubu 3000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib. Matçın 90+6-cı dəqiqəsində “Kəpəz”in futbolçusu Martins Junior ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra rəqib komandanın texniki zonasına qeyri-etik ifadələr işlətdiyinə, onları təhqir etdiyinə görə 4 oyun cəzalanıb, “Kəpəz” klubu 3000 manat cərimə edilib.  Oyunda “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə aldığı üçün “Kəpəz” klubu 700 manat cərimə edilib.

Matçda “Kəpəz” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Kəpəz” klubu 800 manat cərimə edilib. Oyunda “Kəpəz” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə hakimlər təhqir edildiyinə görə “Kəpəz” klubu 1000 manat cərimə edilib.  90+6-cı dəqiqədə “Sumqayıt”ın  futbolçusu Vüqar Mustafayev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Sumqayıt” klubu 500 manat cərimə edilib.

“Qarabağ” – “Neftçi” oyununda “Qarabağ”ın azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Qarabağ” klubu 800 manat cərimə edilib. Azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Qarabağ” klubu 1000 manat cərimə edilib. Matçın 78-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Yuri Matias hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb, “Neftçi” klubu 3000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.  “Neftçi” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə klub 1000 manat cərimə edilib. “Neftçi”nin azarkeşləri tərəfindən 10 ədəd oturacağın sındırılmasına görə stadiona dəymiş zərər “Neftçi” klubu tərəfindən ödəməlidir.

“Turan Tovuz” – “Zirə” oyununun 90+9-cu dəqiqəsində “Turan Tovuz”un futbolçusu Roderik Miller təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, “Turan Tovuz” klubu 3000 manat cərimə edilib. “Zirə”nin 5 futbolçusu sarı vərəqə aldığına görə “Zirə” klubu 700 manat cərimə edilib.
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
173
7
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
23376
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
16304
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14568
Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
13204
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11452
Helikopterin qalıqları tapılıb
9942
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7264
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6710
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
5460
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5339
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5330
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4178
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4124
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3652
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2913
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2173
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
1835
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1733
Azərbaycan nefti ucuzlaşdı
1714