AZ

ABŞ Rəfaha hücum səbəbindən bomba tədarükünüDAYANDIRDI

Bayden administrasiyası ötən həftə ölkənin Qəzza zolağının cənubundakı Rəfah şəhərinə genişmiqyaslı hərbi hücumdan narahatlıq keçirdiyi üçün İsrailə bomba daşınmasını dayandırıb.

“İki sahil”in məlumatına görə, bu barədə "Sky News" xəbər verir.

Administrasiya rəsmisi bildirib ki, daşınma 2000 funt (900 kq) ağırlığında 1800 bomba və 500 funt (225 kq) ağırlığında 1700 bombadan ibarət olmalı idi.

Mənbə bildirib ki, ABŞ bombaların şəhər mühitində necə istifadə oluna biləcəyindən narahatdır.

 Tədarükün genişləndirilməsi ilə bağlı hələ yekun qərar qəbul edilmədiyi də qeyd olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
Mənbələr
Şərh ()
Bağla