AZ

Milli qəhrəman Albert Aqarunovun anım günü qeyd edilib – FOTOLAR - VİDEO

Mayın 8-də Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun anım günü ilə əlaqədar Şəhidlər xiyabanında anım mərasimi keçirilib.

Ednews xəbər verir ki, anım mərsimində Albert Aqarunovun döyüş yoldaşları və Azərbaycan Yəhudi İcmasını üzvləri iştirak ediblər.

Bakı Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev bildirib ki, bu gün biz döyüş yoldaşımız, qəhrəmanımız, tank komandiri Albert Aqarunovun anım günündəyik: 
“Biz azad və bütöv bir Azərbaycanda Albertin anım günün keçiririk. O, hər zaman ad gününü Şuşada keçirtmək istəyirdi. Biz onun ad gününü Şuşada qeyd etdik”. 

O, Albert haqqında öz təəssüratlarını paylaşıb:

“Şuşada film də çəkilib. Mən hər zaman demişəm ki, Albertin tankı xüsusi tankdır. Otuz ildən çoxdur ki, Albertin tankı döyüş bölgəsindədir. İnanmaq olmur ki, həmin tank döyüş bölgəsində hələ bircə dəfə də vurulmayıb. Biz fəxr edirik ki, Albert kimi qəhramanla birlikdə xidmət etmişik”. 

Albertin döyüş yoldaşı Sərrac Mustafayev milli qəhraman haqqında öz xatirələrinindən danışıb:

“Bizi Albertlə bir yerdə seçdilər, eyni tankda qulluq etdik. Yaxşı yola gedirdik Albertlə. O, qəhraman kimi döyüşdü, elə qəhraman kimi də dünyasını dəyişdi”.
Şəhidin ruhunu şad etmək və xatirəsini anmaq məqsədilə məzarı başında dualar oxunub.

Fərid




Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla