AZ

İsrailin raket hücumu nəticəsində azı 7 nəfər həlak olub- Əl-Cəzirə

İsrailin Qəzza şəhərində yaşayış evlərinə endirdiyi hava zərbəsi nəticəsində azı 7 nəfər həlak olub.

Vətəninfo.az xəbər verir ki, Qətərin Əl-Cəzirə telekanalının verdiyi məlumata görə, İsrail Müdafiə Qüvvələrinə məxsus təyyarələr şəhərin şərqindəki Əl-Zeytun rayonunun yaşayış məntəqəsini bombalayıb. Fələstin hakimiyyətinin məlumatına görə, bombardman nəticəsində beşi uşaq olmaqla 7 nəfər həlak olub.

Telekanal Fələstin anklavının cənubunda, Misirlə sərhəddə yerləşən Rəfahda iki ölü və bir neçə yaralı barədə də məlumat verib. Qeyd olunub ki, İsrail ordusunun mülki avtomobilə hücumu nəticəsində 2 mülki vətəndaş həlak olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
245
Mənbələr
Şərh ()
Bağla