AZ

“31 avropalı parlamentarinin istəkləri hansı məqsədə xidmət edir?” – Maka Boçorişvili

Yazını böyüt
Yazını kiçilt

“Avropa Parlamentinin 31 deputatının bəyanatı gürcü xalqının istəyinə əsaslanan Gürcüstanın Avropa İttifaqına üzvlük ərizəsinin qarşısında dayana bilməz”

Hafta.az-ın yazdığına görə, bu haqda Gürcüstan Parlamentinin Avropaya İnteqrasiya Komitəsinin sədri Maka Boçorişvili deyib.

Maka Boçorişvili Avropa Parlamentinin 31 deputatının Avropa İttifaqının ali nümayəndəsi Cozef Borrellə məktubuna münasibət bildirib. Avropa Parlamentinin deputatları Borrelli Gürcüstan üçün namizəd statusunun dayandırılmasına və Avropa İttifaqının maliyyələşdirməsinə yenidən baxılmasına çağırırlar.

“Avropa Parlamentinin qətnaməsini artıq görmüşük və 31 avropalı parlamentari həmin qətnamədə öz fikrini dilə gətirə bilərdi. Qətnamədən kənarda deyəcək nələrinin qaldığını bilmirəm. Hərçənd, bu, Avropa Parlamentinin deputatları üçün hansısa şəkildə burada etiraz ruhuna kömək etmək və Gürcüstanda əlavə yeni hadisə yaratmaq üçün əlavə təsir vasitəsidir. Mən sual verərdim ki, Avropa Parlamentinin deputatlarının oxşar istəkləri hansı məqsədə xidmət edir və kimin maraqlarına uyğundur? Xalq və onun istəyini ifadə edən hakimiyyət də Avropa İttifaqına inteqrasiya istəyini bəyan edərkən, bu, gürcü dövlətinin və xalqının maraqlarına nə dərəcədə uyğundur? Gürcüstanın Avropa İttifaqına üzvlük müraciəti zarafat deyil. Bu, Gürcüstan hakimiyyəti tərəfindən verilmiş təbii ki, gürcü xalqının istəyinə əsaslanan tamamilə dərrakəli bəyanatdır və Avropa Parlamentinin 31 deputatının bəyanatı onun qarşısında dayana bilməz”, – deyə Maka Boçorişvili qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla