AZ

Baş nazir Əli Əsədovun Türkiyəyə səfəri

Mayın 7-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyə Respublikasına rəsmi səfərə gəlib. Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, Baş nazirin rəhbərlik etdiyi nümayəndə heyəti Ankarada Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni –Anıtqəbri ziyarət edib. Əli Əsədov Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoyub. Türk dünyasının böyük oğlunun əziz xatirəsi yad edilib. 

Baş nazir Anıtqəbrin Xatirə kitabına ürək sözlərini yazıb.

***

Azərbaycan nümayəndə heyəti həmin gün Ankarada Heydər Əliyev Parkını da ziyarət edib. Əli Əsədov ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil qoyub.

***

Baş nazir Əli Əsədov mayın 7-də Kahramanmaraş vilayətində “­Azərbaycan məhəlləsi”ndə aparılan tikinti işlərinin gedişi ilə tanış olub. 

Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, ölkəmiz 2023-cü il fevralın 6-da Türkiyədə baş verən dağıdıcı zəlzələdən zərər çəkmiş Kahramanmaraş vilayətində yeni məhəllənin tikintisinə dəstək göstərib. 2023-cü il sentyabrın 25-də Naxçıvan şəhərində bununla bağlı imzalanmış hökumətlərarası Əməkdaşlıq Sazişinə uyğun olaraq layihənin həyata keçirilməsi üçün Azərbaycan hökuməti tərəfindən 100 milyon ABŞ dolları məbləğində vəsait ayrılıb.

Azərbaycan tərəfinin icraçı qurumu olan Mənzil İnşaatı Dövlət Agentliyi İdarə Heyətinin sədri Sadiq Sadıqov layihə çərçivəsində görülən tikinti işlərinin gedişi barədə Əli Əsədova məlumat verib. Baş nazir tikinti işlərinin vaxtında və yüksək keyfiyyətlə həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

***

“Keçən il fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələnin nəticələri Türkiyə xalqı ilə yanaşı, Azərbaycan xalqını da dərindən kədərləndirib. Prezident İlham Əliyevin dərhal verdiyi reaksiyaya əsasən qərara alınmışdır ki, Kahramanmaraşda Azərbaycan məhəlləsi inşa olunsun”. 

Bu barədə Baş nazir Əli Əsədov jurnalistlərə müsahibəsində deyib. O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mən işlərin gedişi ilə tanış olmaq üçün bu gün Kahramanmaraşa gəlmişəm. İşlər normal gedir, qrafikə uyğun olaraq icra olunur.

Baş nazir Azərbaycan məhəlləsindəki 20 sinif otağından ibarət 300 şagird yerlik Heydər Əliyev Məktəbinin tikintisi ilə də maraqlanıb. Qeyd olunub ki, Kahramanmaraşda Azərbaycan məhəlləsində məktəb ulu öndər Heydər Əliyevin adını daşıyacaq. Həm Azərbaycan məhəlləsinin, həm də məktəbin inşası ən yüksək keyfiyyətlə icra olunur. 

Əli Əsədov inşaatçılarla da söhbət edib. Baş nazirə məlumat verilib ki, onların arasında əsrin fəlakəti nəticəsində yaxınlarını itirən, evləri dağılan şəxslər də var. 

XQ

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
Mənbələr
Şərh ()
Bağla

Reytinq

İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil — YENİLƏNİB
6399
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
6302
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1181
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
960
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
947
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
933
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
927
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
553
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
347
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
293
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
291
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
254
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
185
Arda Gülər dayanmır, yenə fərqləndi -
170
Arda dubl etdi - VİDEO
156
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
151
Fərda görüşdüyü qadını başqa kişi ilə tutdu: Gördüm ki, maşında... - VİDEO
143
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
133
“Mançester Siti” İngiltərə çempionu olub
112
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
112