AZ

Ədalətsiz vasitəçilikdən ədalətli sülhə

Vasitəçilərin bölgədə şəxsi maraqlarını güddüklərini, deyəsən, İrəvan da anlamağa başlayıb

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması və dövlətlərarası münasibətlərin qurulması istiqamətində son vaxtlar müəyyən nəticələr əldə olunub. Bu istiqamətdə ilk addım 2023-cü il dekabrın 7-də atıldı. Həmin gün Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan baş nazirinin aparatı arasında aparılmış birbaşa danışıqlar nəticəsində saxlanılan şəxslərin azad edilməsinə dair razılıq əldə olundu. Azərbaycan humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq 32 erməni hərbçini, Ermənistan isə 2 azərbaycanlı hərbçini azad etdi.

Bundan əlavə, Azərbaycan və Ermənistan tarixdə ilk dəfə bir-birinin namizədliklərini müxtəlif təmsilçilik üzrə dəstəklədilər. Xoş niyyətin təzahürü olaraq, Ermənistan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) evsahibliyinə öz namizədliyini geri götürdü və Azərbaycan Respublikasının namizədliyini dəstəklədi. Yenə də xoş niyyətin təzahürü olaraq, Azərbaycan da Ermənistanın Şərqi Avropa Qrupundan COP-un büro üzvlüyünə namizədliyinə səs verdi. Yayılan bəyanatda Bakı və İrəvanın regionda çoxdan gözlənilən sülhün əldə olunması üçün tarixi fürsətin yarandığı fikrini bölüşdüyü bildirilirdi. İki ölkə münasibətləri normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sazişinə nail olmaq niyyətini bir daha təsdiq etdi. Azərbaycan və Ermənistan qarşılıqlı etimad yaratmaq öhdəliyi götürdüklərini, yaxın gələcəkdə əlavə etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi üçün müzakirələri davam etdirəcəklərini də bildirdilər.

Qeyd etdiyimiz kimi, dekabrın 7-də əldə olunan razılaşma iki ölkənin vasitəçilərin iştirakı olmadan razılaşa bilməsinin ilk göstəricisi oldu. Bundan 4 ay 12 gün sonra Bakı və İrəvan daha bir məsələ üzrə razılıq əldə etdilər. Söhbət aprelin 19-da Qazax rayonunun erməni işğalı altında olan 4 kəndinin (Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı) qaytarılmasından gedir. Bu barədə iki ölkə arasında sərhəddə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın səkkizinci görüşündə razılığa gəlindi.

Bu hadisə bir daha sübut etdi ki, kənar vasitəçilərin iştirakı olmadan Ermənistanla Azərbaycan arasında sülhün əldə olunması tamamilə mümkündür. Biz iki ölkə arasında atəşkəsin elan olunmasına dair 1994-cü il mayın 12-də Bişkekdə protokolun imzalanmasından sonra ATƏT-in Minsk qrupu həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin bölgəyə etdikləri səfərləri yaxşı xatırlayırıq. Həmin səfərlər heç bir praktik nəticə vermirdi və Azərbaycan cəmiyyətində haqlı narazılıq doğururdu. Həmsədr dövlətlər əllərində böyük təsir və təzyiq vasitələrinin olmasına baxmayaraq, Ermənistana münasibətdə bu alətlərdən heç vaxt istifadə etmədilər. 

Adətən, həmsədrlərin səfər marşrutu İrəvandan başlayır, sonra onlar Xankəndiyə gələrək burada separatçı rejimin başçıları ilə görüşlər keçirir, ən sonda Bakıya gəlirdilər. Onların səfərin yekunu olaraq keçirdikləri çoxsaylı mətbuat konfranslarında iştirak edən bir şəxs kimi dedikləri sözləri yaxşı xatırlayıram: Tərəflər öz aralarında razılaşsınlar, biz istənilən razılaşmanı dəstəkləməyə hazırıq! Ortaya belə sual çıxardı: Əgər tərəflər özləri razılaşa biləcəkdilərsə, o zaman həmsədrlər, siz nəyə lazımsınız? Təbii ki, həmsədrlər Azərbaycan dövlətinin və xalqının onlardan ciddi narazı olduğunu başa düşürdülər. Xalqımız onların səfərlərinin heç bir nəticə verməyəcəyini getdikcə daha aydın dərk edirdi və bu səfərləri düzgün olaraq, “turist səfərləri” adlandırırdı.

Əslində, həmsədrlər, onların təmsil etdikləri dövlətlər nə etdiklərini çox yaxşı bilirdilər. Qarabağ məsələsinin həll olunmamış qalması hər üç ölkənin (ABŞ, Fransa və Rusiya) maraqlarına uyğun idi. Həmsədrlərin vaxtilə dedikləri bir söz də çox məşhur idi. 2014-cü ildə Krımın ilhaqından sonra Rusiya ilə Qərb ölkələri arasında münasibətlər xeyli pisləşmişdi. Qərb ölkələri Rusiyaya çoxlu sanksiya tətbiq etmişdilər. Amerikalı və fransız həmsədrlər isə deyirdilər ki, Qarabağ məsələsi Qərblə Rusiyanın mövqeyinin üst-üstə düşdüyü yeganə ortaq məqamdır. Buradan çıxan nəticə ondan ibarət idi ki, hər üç həmsədr dövlət Azərbaycan torpaqlarının işğal altında qalmasında həmrəydir.

Yaranmış vəziyyət, sözsüz ki, İrəvanı da qane edirdi. Onlar keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin bütün ərazisini, üstəlik, Azərbaycanın daha 7 rayonunu (Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan, Ağdam və Füzuli) işğal etmişdilər. Ancaq Azərbaycan xalqı və dövləti bu vəziyyətlə barışmayaraq, 2020-ci ildə Vətən müharibəsi apararaq torpaqlarını azad etdi.

İyirmi altı il ərzində vasitəçi olaraq göstərdikləri səylər, necə deyərlər, bir qara qəpiyə dəyməyən, Azərbaycanın bir qarış ərazisinin azad olunmasına töhfə verməyən dövlətlərdən yenə də vasitəçilik təşəbbüsləri gəlir. Zənnimizcə, Prezident İlham Əliyevin fevralın 14-də andiçmə mərasimindəki nitqində bununla bağlı söylədiyi fikirlər belə qüvvələrə ən yaxşı cavab sayıla bilər: “Ermənistanın havadarları daim bu məsələni müzakirə etmək istəyirlər, öz səylərini göstərmək istəyirlər, deməli, yorğanı öz tərəflərinə çəkmək istəyirlər, vasitəçi olmaq istəyirlər. Birincisi, vasitəçi olmaq üçün sən gərək, heç olmasa, üzdə bitərəf olasan. Sənin qəlbində nə var, biz bilirik. Amma, heç olmasa, üzdə, diplomatik qaydalara riayət etməlisən. Bizə bu məsələdə vasitəçi lazım deyil. Mən bunu demişəm, bu yüksək kürsüdən bir daha demək istəyirəm. Biz öz məsələmizi həll etmişik. Ermənistanla sülh müqaviləsinin imzalanmasının da təşəbbüskarı biz olmuşuq. Beş məlum prinsipin də müəllifi biz olmuşuq. Sülh müqaviləsinin mətnini də biz yazmışıq, Ermənistan tərəfinə göndərmişik. 

İndi Ermənistan beynəlxalq hüququn normalarına riayət etmək istəyirsə, bu müqavilə imzalanacaq. İstəmirsə, yenə də bizə qarşı əsassız iddialar irəli sürüləcəksə, bu müqavilə imzalanmayacaq, ancaq Azərbaycan üçün heç nə dəyişməyəcək. Mən artıq dedim, bizim qarşımızda duran çağırışlara, bizə qarşı aparılan çirkin siyasətə biz onsuz da hazır olmalıyıq. Ona görə hesab edirəm ki, Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması prosesi beynəlxalq gündəlikdən düşməlidir. Çünki yerindən duran bu məsələ ilə məşğul olmaq istəyir, gedin, öz işinizlə məşğul olun. Ona görə mən bu mövzuya, ümumiyyətlə, çox vaxt ayırmaq istəmirəm, çünki buna dəyməz. Biz öz məsələmizi həll etmişik”.

Onu da qeyd edək ki, mayın 1-də “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki çıxışında da Prezident İlham Əliyev bu barədə öz fikirlərini bildirdi. Dövlətimizin başçısı dedi ki, ötən ilin sentyabr ayında biz ərazi bütövlüyümüzü, suverenliyimizi tam bərpa edəndən sonra Ermənistanın “qarantorları” tərəfindən siyasi hücumlara məruz qaldıq. Buna baxmayaraq, biz yenə sülh təklif etdik. İndi isə biz, əslində, müsbət tendensiyaya və sülhə doğru gedirik, sərhədlərin delimitasiyası başlanıb. Nəinki delimitasiyası, hətta demarkasiyası başlanıb: “Mən burada çıxış etdiyim zaman bu iş gedir. Buna iki ölkə tərəfindən hər hansı bir vasitəçi olmadan nail olunub. Bu, bir daha onu göstərir ki, bizə vasitəçi lazım deyil. Xüsusən də o insanlar ki, məhz öz məqsədlərini güdürlər və yardım etmək istəmirlər. Onlar bizim bölgəyə öz fərdi, siyasi və iqtisadi maraqları naminə müdaxilə etmək istəyirlər. Onlar həmin alova yenidən odun atmaq istəyirlər. Biz Cənubi Qafqazda buna icazə verməyəcəyik, imkan verməyəcəyik...”

Mövzu üzrə söhbətləşdiyimiz politoloq Aydın Quliyev “XQ”-yə açıqlamasında bildirdi ki, Azərbaycanla Ermənistan arasında sülh danışıqları prosesi çox çətin mərhələlərdən keçib. Biz çox vasitəçilər, onların açıq və gizli təxribatlarını, uğursuzluqlarını, prosesə maneçilik etmələrini görmüşük. Onun sözlərinə görə, bu gün Bakı ilə İrəvan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması prosesinə ikitərəfli danışıq və əməkdaşlıq formatının gətirilməsi, əslində, ölkəmizin uğurudur: “Bu vəziyyətlə barışmaq lazımdır. İkitərəfli danışıq formatının özünü doğrultduğunu biz bir neçə mərhələdə görmüşük. O cümlədən, ötən il dekabrın 7-də saxlanılan şəxslərin qaytarılması hansısa vasitəçinin iştirakı olmadan gerçəkləşdi. Aprelin 19-da 4 kənd azad edildi. Aprelin son günlərindən demarkasiya prosesinə məhz ikitərəfli razılaşma əsasında başlanıldı. Bunlar deməyə əsas verir ki, iki ölkə arasında Azərbaycanın ideyası kimi qəbul edilməli olan ikitərəfli əməkdaşlıq formatı artıq tam gücü ilə fəaliyyətə başlayıb”.

Müsahibimiz qeyd etdi ki, Ermənistan rəhbərliyinin bu prosesin dayandırılmasına çalışan müəyyən kənar qüvvələrin müdaxiləsinə “yox!” deyə bilməsi arzuolunandır. Ermənistan indiki şəraitdə ikitərəfli formatın əvəzsiz və alternativsiz olması ilə barışmalıdır: “Eyni zamanda, Nikol Paşinyan hökuməti özünü Ermənistana dost, müttəfiq hesab edən ölkələrin ikitərəfli əməkdaşlıq formatına maneçilik cəhdlərinə qarşı dayanmağı da bacarmalıdır. Əgər Ermənistan, doğrudan da, sülh sazişinin imzalanmasında maraqlıdırsa, ikitərəfli formatın ideal format olduğunu qəbul etməlidir. Paşinyan iqtidarı onları bu format çərçivəsində saziş imzalamaqdan çəkindirmək istəyən bütün kənar qüvvələrə, necə deyərlər, qapını göstərməyi bacarmalıdır. Əgər Ermənistan kənar müdaxilələrə qarşı yetərincə siyasi iradə nümayiş etdirə bilsə, ikitərəfli format məntiqi sonluğuna qədər öz nəticəsini verəcəkdir”.

Onu da bildirək ki, qarşıdakı günlərdə Azərbaycan və Ermənistan arasında vasitəçilərin iştirakı olmadan daha bir görüş baş tutacaq. Söhbət mayın 10-da Almatıda iki ölkənin xarici işlər nazirlərinin keçirəcəkləri görüşdən gedir. Qazaxıstan tərəfi artıq görüşdə vasitəçi olmadığını, yalnız təşkilatçılıq edəcəyini bildirib. Görüş, sülh müqaviləsinin imzalanmasına və dövlətlərarası münasibətlərin qurulmasına doğru atılacaq vacib addım sayıla bilər. Azərbaycan tərəfinin prinsipial mövqeyi burada da həlledici rol oynadı. Artıq bütün maraqlı tərəflər Bakı və İrəvanın daha vasitəçilərə ehtiyacının olmadığını görürülər. Odur ki, onların, nəhayət, özlərində güc taparaq, mövqelərindən bircə addım geri addım atmaları hər zaman bəhs etdikləri bölgədə sülhün əldə olunmasına yeganə töhfələri olardı...

Səxavət HƏMİD 
XQ

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
152
Mənbələr
Şərh ()
Bağla

Reytinq

İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil — YENİLƏNİB
6385
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
6301
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1180
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
960
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
947
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
930
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
923
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
553
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
347
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
293
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
291
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
254
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
184
Arda Gülər dayanmır, yenə fərqləndi -
169
Arda dubl etdi - VİDEO
156
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
150
Fərda görüşdüyü qadını başqa kişi ilə tutdu: Gördüm ki, maşında... - VİDEO
143
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
132
“Mançester Siti” İngiltərə çempionu olub
112
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
112