AZ

Bu ailələrə 120 manat uşaqpulu VERİLƏ BİLƏR! - AÇIQLAMA

İllərdir Azərbaycanda ən aktual məsələlərdən biri uşaqpulunun bərpasıdır. Uşaqpulu əsasən dövlət tərəfindən ailələrə övladlarının ehtiyaclarını qarşılaması üçün verdiyi bir müavinət növüdür. Bu yardım əsasən dünya ölkələri və qonşu dövlətlərdə maddi cəhətdən problemli olan, uşaqların daha sağlam böyüməsi və həyatını davam etdirmələri üçün verilir. Bildiyimiz kimi, Azərbaycanda uzun ilərdir uşaqpulu ləğv edilir. Hər il aktuallaşsa da bu istiqamətdə müəyyən bir nəticə əldə olunmur. İqtisadçı ekspertlər bu yardımın bərpa edilməməsini dövlət büdcəsinə ağır yük gətirməsi ilə əlaqələndirirlər.

Lakin, sosioloqlar bu yanaşma ilə razılaşmır. Onlar düşünür ki, bu gün əhalinin sayının artmasını istəyiriksə, mütləq uşaqpulu verilməlidir. Bəs Azərbaycanda 14 yaşına qədər uşağı olan ailələrə 120 manat məbləğində uşaqpulu verilə bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan sosioloq Əhməd Qəşəmoğlu deyib ki, hər dəfə bu uşaqpulu məsələsi gündəmə gələndə ölkədə bir problem yaranır.

"Dərhal deyirlər ki, fond bu pulun bərpasına çatmır. Sanki bu məsələyə qarşı səhlənkar bir münasibət var. Amma ölkədə doğurdan bir çox uşaqların bu pula böyük ehtiyacı var. Amma birdən deyəndə ki, bu pul bütün uşaqlara verilsin. Sonra hesablayanda görülür ki, büdcədə uşaqpulu üçün çox pul lazım olur. Həqiqətən hesablanmış məbləğ böyük olur. Mənim fikrimcə buna differensial yanaşma lazımdır. Elə ailələr var ki, orada maddi imkanlar normal olduğundan, onlara uşaqpulu verilməsə elə böyük problem olmur. Əlbəttə ki, onlarada bu pul verilsə mənəvi cəhətdən yaxşı olar. Amma indi əgər ölkənin imkanı yoxdursa, təbii ki, bu pulu hamıya verə bilmərik".

Sosioloqun sözlərinə görə, bu baxımdan məsləyə real baxmaq lazımdır. Elə uşaqlar var ki, onların bu pula çox ehtiyacı var:

"Həmin uşaqlara bu məbləği vermək lazımdır. 100-120 belə olsa bu məbləğ həmin uşaqlara verilməlidir və lazımdır. Çünki uşağın yetişməsi üçün buna ehtiyac var. Lakin burada müvafiq işlər görülməlidir. Amma veriləcək pulun üzərində nəzarət mexanizmi olmalıdır. Həqiqətən valideyn həmin pulu nəyə xərcləyir. Belə ki, valideyn o pulu yığıb uşağa xərcləməyə belə bilər. Bu kimi məsələlərin həll yolunu tapmaq lazımdır. Amma mənim fikrimcə, ölkədə uşaqların çox böyük hissəsinə hökmən bu pul verilməlidir. Elə olur ki, uşaq xəstələnir yaxud qidalanmasında problem yaranır. Ona görə də burada yaxşı bir sistem yaradılmalı və həmin məbləğ mütləq şəkildə verilməlidir".


BiG.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
11758
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8540
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
7887
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2270
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
1982
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1841
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1732
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1452
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1089
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
846
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
706
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
503
Arda Gülər dayanmır, yenə fərqləndi -
455
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
420
Arda dubl etdi - VİDEO
361
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
360
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
358
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
348