AZ

Həmkarını öldürən polisin ifadəsi hər kəsi ŞOKA SALDI: Mənə və ailəmə..."

Həmkarını öldürən polisin ifadəsi hər kəsi ŞOKA SALDI: Mənə və ailəmə..."

Gözünü qırpmadan 2 həmkarını öldürən polis məmurunun açıqlaması hər kəsi heyrətləndirib.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib.

Adıyaman Altınşehir Polis Bölməsində iki həmkarını şəhid edən polis məmuru Süleyman Uğur Şahinin ifadəsi məlum olub.

Qətldə şübhəli bilinən polis məmurunun dedikləri hər kəsi şoka saldı: "Onların məni aldadıb mənə və ailəmə zərər verəcəklərini düşündüm. Telefonumda virus var idi

Bankomata getdim, bankomat nasaz idi. Düşündüm ki, pullar dəstə tərəfindən oğurlanıb. Ədliyyəyə getdim, Respublika Prokuroru çox gözəl idi və dedi ki, gəl ifadənizi alaq. Hesabımdakı pulun qorunmasını istədim. Sonra polis bölməsinə getdim. Nəzarətçi Kamuran Üçgül mənimlə çox yaxşı davranırdı. Kömək edəcəyini söylədi. Yaxşı davranışına görə şübhələnirdim. Hesabımdakı pulu hələ də görə bilmədim. Telefonumda virus var idi. Telefonumu zavod parametrlərinə qaytardım. Respublika prokurorunun və baş müfəttişin davranışı məndə şübhə yaratdı. Sonra tualetə gedib güllələri silahımın lüləsinə qoydum. Nəzarətçi mətbəxdə idi, yanına getdim və bir neçə dəfə vurdum. Düşündüm ki, pulumu aldadıb mənə və ailəmə zərər verəcəklər".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
Mənbələr
Şərh ()
Bağla