AZ

Son üç turun təqvimi kimin üçün sərfəlidi?

Hazırda avrokubokların növbəti mövsümünə vəsiqə qazanmaq uğrunda “Zirə”, “Sabah”, “Sumqayıt” və “Neftçi” arasında qızğın mübarizə gedir. “Football-plus.az” bu komandaların son 3 tur üçün təqvimini nəzərinizə çatdırır.

Zirə: Qarabağ (ev), Kəpəz (səfər), Səbail (ev)
Sabah: Qəbələ (səfər), Sumqayıt (ev), Neftçi (səfər)
Sumqayıt: Səbail (ev), Sabah (səfər), Qəbələ (ev)
Neftçi: Kəpəz (ev), Səbail (səfər), Sabah (ev)


Görəsən, bu durumda kim daha şanslıdı? Hansı komandalar bizi Avropada təmsil edəcək? Bu sualı Arif Əsədova ünvanladıq:

“Adını çəkdiyiniz komandaların hər birinin bizi Avropada təmsil etmək şansı var. Konkret demək çox çətindi. Çempionatın gedişi elədi ki, hər komanda bir-birindən xal ala bilir. Təqvimə baxanda "Zirə"nin şansı daha çoxdu. Çünki yalnız "Qarabağ"la çətin oyunu qalıb. “Kəpəz” və “Səbail” elə də iddialı deyil. "Sabah"ın Avropa yolunda iki çətin rəqibi var. Qarşıda “Sumqayıt” və “Neftçi” ilə heç də asan olmayan oyunlar gözləyir onları. Məncə, bu mübarizə son tura qədər davam edəcək. Hər şey son turda bilinəcək".


GÜNAY SÜLEYMANOVA

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
Mənbələr
Şərh ()
Bağla