AZ

Azərbaycan Slovakiyadan silah alır?

Slovakiyanın Baş naziri Robert Fitso ötən gün Bakıda səfərdə olub. O, Prezident İlham Əliyevlə danışıqlar aparıb və iki ölkə arasında sənədlər imzalanıb.

 

Viral.az-ın məlumatına görə, sənədlərdən ikisi hərbi-texniki əməkdaşlıq və müdafiə sahəsi ilə bağlıdır.

 

“Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”i iki ölkənin müvafiq nazirliklərinin rəhbləri imzalayıb.

 

Prezident İlham Əliyev Fitso ilə mətbuata bəyanatında bildirib ki, müdafiə və müdafiə sənayesi sahələrində geniş fikir mübadiləsi aparılıb. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycanla Slovakiya arasında müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında konkret danışıqlara da artıq start verilib.

 

Fitso da yerli mətbuata müsahibəsində müdafiə sənayesi üzrə əlaqələrdən danışıb. “Slovakiyada müdafiə sənayesinin inkişafını dəstəkləmişəm. Cənab Prezidentlə bəzi layihələri müzakirə etdik. Texnologiya Slovakiyadan və maliyyə Azərbaycandan olacaq. İstehsal ediləcək silahlar ya ixrac olunacaq, ya da Azərbaycanda qalacaq. Bildiyimiz kimi, Ukraynadakı müharibə parametrləri tamamilə dəyişib. Hazırda silahlarla bağlı ciddi çatışmazlıq var. Bunu edə bilsək, hər iki ölkə üçün faydalı olacağını düşünürəm”, – o qeyd edib.

 

Qeyd edək ki, bundan əvvəl xarici mətbuatda Azərbaycanın Slovakiyadan silah ala biləcəyi barədə məlumatlar yayılıb. Slovakiyada bir sıra artilleriya qurğuları, zirehli texnikalar istehsal edilir. Bundan başqa Azərbaycanın Çexiyadan almaq istədiyi DİTA özüyeriyən artilleriya qurğularının lülələri də Slovakiyada istehsal olunur.

 

Tərəflər arasında dünən imzalanan sazişlər iki ölkənin müdafiə sənayesinə də müsbət təsir edəcək. Müqavilələr Azərbaycanın yerli müdafiə sənayesini dəstəkləmək üçün unikal imkan təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
Mənbələr
Şərh ()
Bağla

Reytinq

İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil — YENİLƏNİB
6665
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
6492
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1185
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1001
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
980
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
978
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
976
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
568
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
360
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
301
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
295
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
263
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
213
Arda Gülər dayanmır, yenə fərqləndi -
185
Arda dubl etdi - VİDEO
161
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
161
Fərda görüşdüyü qadını başqa kişi ilə tutdu: Gördüm ki, maşında... - VİDEO
143
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
140
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
116
“Mançester Siti” İngiltərə çempionu olub
114