AZ

Azərbaycan–Slovakiya: strateji tərəfdaşlığa start verildi

“Azərbaycan ilə Slovakiya arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması əməkdaşlıq üçün önəmlidir”. Bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov dünən Bakıda keçirilmiş Azərbaycan–Slovakiya Biznes Forumunda deyib. 

Ötən illər ərzində ikitərəfli münasibətlərin möhkəmləndirilməsi istiqamətində mühüm səylərin göstərildiyini vurğulayan nazirin sözlərinə görə, bu məqsədlə hüquqi baza genişləndirilib, ölkələrimiz arasında 11 sənəd imzalanıb. Qeyd olunub ki, 2021-ci ilin oktyabrında iki ölkə arasında sənaye, tikinti, nəqliyyat, logistika, investisiyaların təşviqi, enerji və digər sahələri əhatə edən “Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında” imzalanmış saziş iki ölkə arasında iqtisadi tərəfdaşlıq üçün möhkəm zəmin yaradıb.

Beynəlxalq nəqliyyat dəhlizlərində həlledici qovşaq kimi mövqe tutan Azərbaycanın Şərqlə Qərbi birləşdirən etibarlı ticarət yolunun yaradılmasında mühüm rol oynadığını diqqətə çatdıran Mikayıl Cabbarov bildirib ki, ölkəmiz Bakı–Tbilisi–Qars dəmir yolunun tikintisinə təşəbbüs göstərməklə Orta Dəhlizin əsasını qoyub. Nazirin sözlərinə görə, Azərbaycan strateji coğrafi mövqeyindən istifadə edərək sənaye parklarını və Ələt Azad İqtisadi Zonasını əhatə edən çoxsaylı xüsusi iqtisadi zonalar yaradıb. “Ələt Azad İqtisadi Zonası ixrac üçün yüksək dəyərli malların istehsalı məqəsədilə innovativ texnologiyalardan istifadə etməkdə maraqlı olan investorları cəlb etmək məqsədi daşıyır. Xəzər dənizinin ən böyük limanı olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaxınlığında yerləşən Ələt Azad İqtisadi Zonası öz rezidentlərinə vergi güzəştləri və gəlirlərini repatriasiya etmək azadlığı təklif edir”, – deyə o, əlavə edib. 

Yeri gəlmişkən, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov forumdan dərhal sonra sosial şəbəkə hesablarında etdiyi paylaşımında bildirib: “Azərbaycan–Slovakiya biznes forumunda ikitərəfli iqtisadi əlaqələrin səmərəsini yüksəldən birgə fəaliyyət istiqamətlərinin genişləndirilməsi, ticarət, energetika, sənaye, nəqliyyat, turizm sahələri üzrə tərəfdaşlığın gücləndirilməsi ilə bağlı fikirlərimizi bölüşdük”. Nazir əlavə edib ki, forumda ölkələrimizin investisiya imkanlarının dəyərləndirilməsi, biznes subyektləri arasında əməkdaşlığın və qarşılıqlı sərmayələrin təşviqi barədə müzakirələr aparılıb.

Slovakiyanın Baş nazirinin müavini, iqtisadiyyat naziri Denisa Sakova forumda çıxışı zamanı iki ölkə arasında ikitərəfli əlaqələrin, o cümlədən iqtisadi əməkdaşlığın sürətlə inkişaf etdiyini diqqətə çatdırıb. Slovakiyada Azərbaycanın iqtisadi artımının fəal şəkildə izlənildiyini vurğulayan D. Sakovanın sözlərinə görə, aprelin əvvəlində qüvvəyə minmiş ikiqat vergitutmanın aradan qaldırılması haqqında saziş ölkələrimiz arasında ticarət əlaqələrinin möhkəmlənməsinə imkan yaradacaq. O, həmçinin investisiyaların qorunması sazişi üzrə danışıqların hazırlığın son mərhələsində olduğunu vurğulayıb.

Nazir deyib ki, Azərbaycan və Slovakiya arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə iqtisadi əlaqələrin dərinləşdirilməsində qarşılıqlı marağı təsdiqləmək üçün daha bir əsas olacaq. Onun sözlərinə görə, bu gün iki ölkə arasında imzalanan bütün sənədlər ticarət əməkdaşlığını sadələşdirəcək və müvafiq bazarlara çıxa biləcək daha çox şirkət üçün qapıların açılmasına kömək edəcək. Bildirilib ki, Slovakiyanın 37 şirkəti və qurumu yeni tərəfdaşlar axtarmaq və ya mövcud əməkdaşlığı gücləndirmək məqsədilə bu foruma gəlib.

Daha sonra Slovakiyanın İnvestisiya və Ticarətin İnkişafı üzrə Agentliyinin rəhbəri Robert Simoniç çıxış edərək iki ölkənin qarşılıqlı ticarət dövriyyəsini artırmağa davam edəcəyini diqqətə çatdırıb. Onun dediyinə görə, Azərbaycana ildə 8 milyon avro dəyərində mal ixrac edən Slovakiya ölkəmizdən 1 milyon avro dəyərində müxtəlif məhsullar alır. Bununla belə, agentlik rəhbəri hesab edir ki, imzalanan yeni sazişlər ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılmasına təkan verəcək. Qeyd olunub ki, Slovakiya enerji, İKT, elektronika istehsalı, avtomobil sənayesi, kosmik sənaye və peyk texnologiyaları sahələrini fəal şəkildə inkişaf etdirir. Eyni zamanda, ölkəsinin paylaşa biləcəyi geniş təcrübəyə malik olduğunu vurğulayan R. Simoniç deyib ki, bütün bunlar forumda imzalanan sənədlər nəzərə alınmaqla gələcək əməkdaşlıq üçün zəmin yarada bilər.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev çıxışında Azərbaycanla Slovakiya arasında İT sahəsində əlaqələrin genişləndirilməsi üçün imkanların olduğunu bildirib. Ölkələrimiz arasında ticarət dövriyyəsinin movcud vəziyyətinə toxunan AZPROMO rəhbəri deyib ki, biznes forumdan sonra bu sahədə artım baş verəcək. “Bugünkü forumda Slovakiyadan 37, Azərbaycandan isə 55 şirkət və dövlət qurumları, eləcə də təşkilatlar iştirak edir. İnanırıq ki, bugünkü görüşlər yeni fürsətlər yaradacaq və bir-birimizlə əməkdaşlığı müzakirə etməyə imkan verəcək”, – deyə o, qeyd edib. 

Y. Abdullayev çıxışı zamanı, həmçinin həmkarlarını bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etməyə çağırıb. 

Yusif Abdullayev Azərbaycan–Slovakiya biznes forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib ki, hazırda ticarətlə bağlı rəqəmlərimiz çox olmasa da, forumdan sonra bu sahədə əhəmiyyətli artımın baş verəcəyini gözləmək olar.  “İnanırıq ki, həm sənaye, kənd təsərrüfatı, həm də İT sahəsində əməkdaşlıq inkişaf edəcək”, – deyə o, əlavə edib. 

Qeyd edək ki, Azərbaycan–Slovakiya Biznes Forumu çərçivəsində iki sənədə imza atılıb. Həmin sənədlərdən biri Azərbaycan İnvestisiya Şirkəti ilə Slovakiya İxrac və İdxal Bankı (EXIMBANKA), digəri isə Slovakiyanın “SEAK Energetics” şirkəti ilə “ITECH GROUP” MMC arasında əməkdaşlıq memorandumlarıdır.

Mirbağır YAQUBZADƏ 
XQ

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla

Reytinq

İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil — YENİLƏNİB
6590
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
6467
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1184
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
993
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
974
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
972
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
971
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
564
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
356
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
301
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
295
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
263
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
193
Arda Gülər dayanmır, yenə fərqləndi -
176
Arda dubl etdi - VİDEO
156
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
156
Fərda görüşdüyü qadını başqa kişi ilə tutdu: Gördüm ki, maşında... - VİDEO
143
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
140
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
116
“Mançester Siti” İngiltərə çempionu olub
113