AZ

“AzerGold” axtarışı şaxələndirib

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ölkəmizdə əlvan və qara metal filizi yataqlarının kəşfiyyatı, resurslarının qiymətləndirilməsi, istismara cəlb edilməsi, fəaliyyətdə olan mədənlərin resurs potensialının artırılması məqsədilə aktiv və çoxprofilli geoloji tədqiqatlarını davam etdirir.

QSC-dən aldığımız məlumata əsasən,  tədqiqatlar 3 istiqamətdə – şirkətin   idarəetməsinə verilən filiz sahələri, ölkə ərazisində ümumi geoloji axtarış proqramı,  Qarabağ və Şərqi Zəngəzurda mineral xammal ehtiyatlarının monitorinqi və təftişi, axtarışı, qiymətləndirilməsi üzrə həyata keçirilir.

“AzerGold” QSC hazırda birinci istiqamət üzrə Balakən rayonunda yerləşən və mürəkkəb geoloji quruluşa malik “Filizçay” polimetal yatağında optimal emal və zənginləşdirmə metodologiyasının müəyyənləşdirilməsi üçün metallurji, eyni zamanda Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisindəki “Ortakənd” qızıl yatağında aşkarlanmış qızıl ehtiyatlarının geoloji-iqtisadi qiymətləndirilməsi və açıq üsulla filizçıxarma parametrlərinin optimallaşdırılması üzrə tədqiqatlar aparır.

XQ

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
Mənbələr
Şərh ()
Bağla