AZ

"İlin hər günü bu faciəni xatırlamalıyıq” - DİN XADİMİ DANIŞDI

“Məhərrəm ayı müsəlman təqviminin birinci ayıdır və 680-681-ci ildə İmam Hüseynin də başına gələn hadisələr həmin ayda baş vermişdi. İmam Hüseyn Peyğəmbərin nəvəsi Həzrəti Əli və xanım Zəhranın oğlu Peyğəmbərin də övladı hesab olunur. Çünki bütün peyğəmbərlərdə irs oğul övladları ilə davam edir. Yeganə axırıncı Peyğəmbər Məhəmmədi Musatafanın nəsli qızının övladlarından davam edir”. Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, din xadimi Hacı Fuad Nurullayev deyib.

F.Nurullayev bildirib ki, həmin zamanda, 680-ci ildə özünü Şamda hakim elan edən Yezid bir çox adamları özünə tabe etdi və qərar verdi ki, İmam Hüseyn də ona tabe olmalıdır: “Amma İmam Hüseyn Yezid kimi adama tabe olmazdı. Çünki Yezid yalançı, qəddar insan idi və xalqa zülm edirdi. Yezidin atası bir neçə nəfərin ona tabe olmayacağını, onlardan birinin də Əli oğlu Hüseyn olduğunu bildirmişdi. Yezid də buna görə terrora əl atdı, Peyğəmbər balası və onun ailəsini qətlə yetirdi. Bu hadisə də Kərbəlada baş verdi.

Bu gün isə biz müsəlman, Peyğəmbərini sevən insanlar olaraq bu faciəni adi qəbul edə bilmərik. Bu dəhşətli hadisədir, Peyğəmbər ailəsinə qarşı soyqırımıdır. Bu hadisə ilə bağlı səsləndirilən bəzi fikirlər yalandır. İmam Hüseyn hakimiyyət üçün mübarizə aparmırdı, o Yezidlə müharibəyə getməmişdi. İmam Hüseynin başına gələn faciə Kərbəlada baş vermişdi. Bu tarixi bilən insan buna biganə qala bilməz, hər il bu hadisə yad edilməlidir. Təkcə Məhərrəm ayında deyil, ilin hər günü sözügedən faciəni xatırlamalıyıq”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
9579
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
7831
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
1536
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1463
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
1448
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1439
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
874
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
627
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
573
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
520
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
507
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
466
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
364
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
334
Arda Gülər dayanmır, yenə fərqləndi -
299
Arda dubl etdi - VİDEO
284
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
261
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
223
ОТГ поздравила азербайджанский народ с Днем Государственного Флага-ФОТО
215