AZ

Slovakiya Azərbaycanın ərazi bütövlüyünü qəti şəkildə dəstəkləyən ölkədir

Azərbaycanın iqtisadi gücünün artması, ölkənin tərəqqisi, müstəqil siyasət yürütməsi, xüsusilə də 44 günlük Vətən müharibəsi və keçən ilki antiterror tədbirlərindən sonra ərazi bütövlüyümüzün tam şəkildə bərpa edilməsi, ölkəmizin Avropanın enerji təminatında atdığı uğurlu addımlar, Prezident İlham Əliyevin günbəgün artan nüfuzu dünyanın bir çox ölkələrini Azərbaycanla əlaqələrin yaradılması və genişləndirilməsi istiqamətində addımlar atmağa sövq edir. Belə ölkələrdən biri də Avropanın mərkəzində yerləşən Slovakiyadır.
Azərbaycan-Slovakiya münasibətləri iki ölkənin müstəqillik əldə etməsindən sonra başlayıb. 1 yanvar 1993-cü ildə müstəqilliyini elan edən Slovakiya ölkəmizlə diplomatik münasibətləri 23 noyabr 1993-cü ildə qurub. Hələ 1 fevral 2000-ci il tarixində Ümummilli lider Heydər Əliyev Slovakiyanın keçmiş xarici işlər naziri başda olmaqla nümayəndə heyətini qəbul etdiyi zaman Qarabağ problemi müzakirə olunmuşdur. Həmin görüşdə Birgə Bəyanat, Azərbaycan Hökuməti və Slovakiya Hökuməti arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq haqqında Saziş və hər iki ölkənin Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında protokol imzalanmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 mart 2004-cü ildə Slovakiyaya işgüzar səfəri ölkələrimiz arasında münasibətlərin genişlənməsində böyük rol oynamışdır. Səfər zamanı bir sıra beynəlxalq təşkilatların və xarici ölkənin rəhbər şəxsləri ilə görüşən ölkə başçımız martın 19-da Bratislavada keçirilən “Daha geniş Avropaya doğru: yeni gündəlik” mövzusunda beynəlxalq konfransda iştirak etmişdir. Tədbirdə çıxış edən İlham Əliyev Ermənistanın Azərbaycana qarşı təcavüzünə və ərazisinin işğal olunması məsələsinə də toxunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünü qəti şəkildə dəstəkləyən Slovakiya işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işlərində iştirak etməkdə maraqlıdır. Azərbaycan azad olunan ərazilərin minalardan təmizlənməsi sahəsində də Slovakiya ilə əməkdaşlıq edir. Belə ki, Slovakiyadan yeddi minatəmizləmə texnikasının alınması ilə bağlı ANAMA tərəfindən müvafiq sənəd imzalanıb.
Avropa ölkələri ilə günü-gündən münasibətlərini artıran Azərbaycan Respublikası Slovakiya ilə əməkdaşlığın daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi üçün vacib əhəmiyyət kəsb edən addım atmışdır. “Azərbaycan Respublikasının Slovakiya Respublikasında (Bratislava şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsi Milli Məclisin 14 iyul 2023-cü ildə keçirilən plenar iclasında müzakirəyə çıxarıldıqdan sonra qəbul edilmişdir.
May ayının 7-də Slovakiya Respublikasının Baş naziri Robert Fitso ölkəmizə rəsmi səfərə gəlib. Səfər çərçivəsində Prezident İlham Əliyevin və Robert Fitsonun tətbətək və geniş tərkibdə görüşləri, mətbuata birgə bəyanatları iki ölkə arasında münasibətlərin dünəni, bugünu və gələcəyi barədə aydın təsəvvür yaratdı. Geniş tərkibdə keçirilən görüşdə dövlət başçısı İlham Əliyev bildirdi ki, Slovakiya-Azərbaycan əlaqələrinin çox gözəl gələcəyi var. Həm siyasi-iqtisadi, həm də enerji, sənaye istehsalı sahələrində əməkdaşlığın perspektivləri çox müsbətdir.
Səfər iki ölkə arasında əlaqələrin inkişafında yeni səhifə kimi dəyərləndirildi. Iki ölkə rəhbərləri tərəfindən mühüm sənədlər inzalandı.
İmzalanan sənədlər arasında müdafiə və müdafiə sənayesi sahələrinə aid sənədlər var. Bu iki istiqamət üzrə geniş fikir mübadiləsi aparıldı və müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında da artıq konkret danışıqlara da start verildi.
Mətbuata bəyanatında Azərbaycanın enerji diplomatiyasının uğurlarından geniş bəhs edən cənab İlham Əliyev çoxtərəfli əməkdaşlıq sahəsində atılan addımları və uğurlu nəticələri diqqətə çatdırdı. Qeyd edildi ki, Azərbaycan hazırda 8 ölkəyə öz təbii qazını ixrac edir. 9-cu ölkə Slovakiya olacaq. Keçən ilin aprel ayında “Həmrəylik Halqası” adlanan sənəd imzalandı və Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün yaxşı imkanlar yaradıldı. Mətbuata birgə bəyanatda Avropa İttifaqı ilə Azərbaycan arasında qaz və enerji sahəsində imzalanmış strateji tərəfdaşlıq Bəyannaməsini də xüsusi diqqət yönəldilərək bildirildi ki, Azərbaycan öz təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir. Avropaya təchizat 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetrə qədər qalxacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. 2027-ci ilin sonuna qədər təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi məsələsi gündəlikdədir.
Dövlət başçısı İlham Əliyev Slovakiyanın Baş naziri ilə görüşü zamanı öz çıxışında işğaldan azad edilmiş torpaqlarda bərpa-quruculuq işlərinə başlayarkən bu prosesə dost ölkələrin dəstəyinin vacibliyini xüsusi qeyd etmişdir. Azərbaycan-Slovakiya münasibətlərinin mühüm istiqamətlərindən biri kimi azad edilmiş torpaqlarda Slovakiya şirkətlərinin fəaliyyəti təqdir edildi. Dövlət başçısı İlham Əliyev bildirdi ki, Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək. Bu da təbii ki, həm böyük rəmzi məna daşıyır, həm də əlaqələrimizin səmimiliyinin dərəcəsini göstərir. Eyni zamanda, işğaldan azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında slovakiyalı mütəxəssislər tərəfindən görüləcək işlər oraya qayıdacaq insanları sevindirəcək.
Görülən bu işlərin ikitərəfli münasibətlərdə yeni mərləhə açacağını və iki ölkə arasında dostluğun daha da möhkəmləndirilməsinə zəmin yaradacağını əminliklə söyləyə bilərik.

Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
40
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
11223
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8348
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
6448
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
1997
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
1811
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1742
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1607
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1269
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
933
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
820
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
713
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
635
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
442
Arda Gülər dayanmır, yenə fərqləndi -
415
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
397
Arda dubl etdi - VİDEO
327
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
326
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
310
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
282