AZ

Tolstoy kimi piyada gəzin: gəzinti bizə nə verə bilər?

Havalar istiləşdikcə ​​şəhər sakinlərinin çoxu nəhayət gəzintiyə çıxmağı düşünür. Ancaq hətta  on dəqiqəlik gəzməyin belə onlara nə qədər fayda gətirəcəyini çoxları bilmirlər.

Nə qədər gəzmək lazımdır?

Çin atalar sözü deyir: “100 il yaşamaq istəyirsinizsə, nahardan sonra 100 addım atın”. Amma bu məsləhət bizi demək olar ki, ideala yaxınlaşdırmır. Müasir insan gündə orta hesabla 3000 addım addımlayır və bu rəqəm hər il azalır. Günü-gündən çoxalan , az hərəkət edən avtomobil sahibləri isə daha az gəzirlər.

3000 addım kifayət deyil. Buna görə də, bədənin etiraz etməyə və xəstələnməyə başlamaması üçün əlavə gəzintilər üçün vaxt ayırmağa dəyər.

Ümumi olaraq hesab edilir ki, gündəlik 10.000 addım atmaq lazımdır. (bu, təxminən 7 km-ə yaxındır). Uşaqların riyaziyyat məsələsini xatırlasaq, hansında ki, piyada A nöqtəsindən B nöqtəsinə saatda 5 km sürətlə gedir, məlum olur ki,demək  gündə ən azı bir saat yarım gəzmək lazımdır. 10.000 addım  tibbi araşdırmadan çox, qəbul olunan standart normadır. Bununla belə, bütün həkimlər razılaşır ki, əks təsir yoxdursa, daha tez-tez gəzin.

Piyada gəzməyin ürək və beyin üçün faydaları

Tez-tez gəzintilər yuxunun keyfiyyətini yaxşılaşdırır, narahatlığı azaldır, depressiyanı aradan qaldırır və ürək-damar xəstəliklərinin qarşısını alır. Ancaq bu, yeganə fayda deyil. Hər gün gəzmək beyninizi inkişaf etdirmək deməkdir. Daimi gəzintilər beyin strukturunu yaxşılaşdırır, sinir əlaqələrini inkişaf etdirir və planlaşdırma və strateji baxışdan məsul olan sahələri stimullaşdırır.

Gəzərkən diqqətiniz dəyişir və siz yaradıcı düşünməyə və gözlənilməz həllər tapmağa başlayırsınız.  ABŞ-ın  nüfuzlu Stanford Universitetinialimləri müəyyən ediblər ki, həm gəzinti zamanı, həm də gəzintidən sonra yaradıcı təfəkkür testlərində ballar təxminən 60% yaxşılaşır. Yəni bir böhran və durğunluq hiss edirsinizsə, ayaqlarınızı tərpətməyin vaxtıdır. 10 dəqiqəlik gəzinti belə 2 saata əhvalınızı qaldıracaq. Və bu, şübhəsiz ki, hər hansı bir fəaliyyətinizə müsbət təsir edəcəkdir.

Görkəmli şəxsiyyətlər də  piyada gəzirdilər

Bildiyiniz kimi, biliyə sonsuz həvəs böyük rus alimi Mixail Lomonosovu Xolmoqoriyadan Moskvaya piyada gətirib.

Bildirilir ki, 1730-cu ilin dekabrında 19 yaşlı gələcək akademik evdən qaçıb  və Rusiyanın yarısını gəzərək üç həftəyə piyada  1168 kilometr məsafə qət edərək   oxumaq üçün getdiyi  Moskvaya çatıb.

Bu, hələ də məktəblilər və tələbələr arasında Lomonosova  qarşı böyük hörmət oyadır.

Yazıçı Lev Tolstoy çox qoca yaşına qədər meşələri, yarğanları keçərək uzun məsafələr qət edib. O, Moskvadan 190 km məsafədə olan Yasnaya Polyanaya üç dəfə piyada gedib.

Böyük bəstəkarlar da gəzməyi sevdiklərini etiraf edirdilər. Pyotr İliç Çaykovski istənilən havada gəzirdi. Yeri gəlmişkən, ən azı 2 saat (yəni eyni 10.000 addım). O yazırdı: “İşimə yad olan düşüncələrdən və qayğılardan yayınan kimi məndə musiqili düşüncələr yaranır. Düşüncələrimin çoxu gündəlik gəzintilərim zamanı yaranır”.

Bir çox tanınmış iş adamları, milyonçular gəzinti zamanı işgüzar görüşləri dəb halına salıblar.

Yolda olan görüşlər – bu qaydaya indi Facebook sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberq də əməl edir. Asta gəzinti zamanı söhbət mühiti daha rahat olur, müzakirələr daha səmimi olur.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil — YENİLƏNİB
6449
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
6360
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1181
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
960
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
956
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
935
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
933
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
556
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
347
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
297
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
291
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
254
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
193
Arda Gülər dayanmır, yenə fərqləndi -
172
Arda dubl etdi - VİDEO
156
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
151
Fərda görüşdüyü qadını başqa kişi ilə tutdu: Gördüm ki, maşında... - VİDEO
143
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
136
“Mançester Siti” İngiltərə çempionu olub
112
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
112