AZ

Ukraynada “Xust” klubunun futbolçusu səfərbər edilib

Ukraynada Ərazi çağırış mərkəzinin əməkdaşları “Xust” futbol klubunun əsas oyunçularından biri olan Nikolay Siraşı səfərbər ediblər. News365.az xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.

İdmançı mayın 7-də səhər saatlarında Xust şəhər stansiyasında səfərbər edilib.

Qeyd olunur ki, futbolçunun 25 yaşı var və qanuna əsasən o, hələlik səfərbərliyə tabe deyil. Klub həmçinin bildirib ki, “Ukrayna çempionatı dağılmaq ərəfəsindədir, çünki “komandalar Xust Ərazi çağırış mərkəzinin hərəkətlərinə görə kluba getməkdən imtina edirlər”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
Mənbələr
Şərh ()
Bağla