AZ

2024-cü il büdcəsinin gəlir və xərcləri artırıla bilər

Maliyyə naziri Samir Şərifov dünya bazarlarında neftin qiymətinin büdcə proqnozlarındakı qiymətlə müqayisədə dəyişməsi ilə əlaqədar 2024-cü ilin büdcəsinə yenidən baxılmasını istisna etməyib. Bildirib ki, cari ilin dörd ayının yekunları ümidvericidir, xüsusilə də qeyri-neft sektorunda ümumi daxili məhsulun artımı daha yüksəkdir, vergi və gömrük daxilolmaları əlavə gəlirlərə imkan yaradıb. Bu amilləri nəzərə alaraq hazırda büdcə layihəsində dəyişikliklərin edilməsi üçün hesablamalar aparılır. Bu ssenariyə əsaslanaraq əvvəllər də olduğu kimi, əlavə gəlir olanda və onlardan makroiqtisadi sabitliyə xələl gətirmədən layihələr üçün istifadə etmək imkanı yarananda orta müddətli, makrofiskal dayanıqlığa əngəl törətməməklə müvafiq səviyyədə qərar veriləcək.

Qeyd edək ki, büdcə layihəsinə dəyişikliklər son 5-6 ilin büdcə praktikasında daha çox təsadüf olunan iqtisadi hadisə kimi diqqəti cəlb edir və ilin ortalarında dövlət büdcəsi layihəsinə yenidən baxılması büdcə-fiskal siyasətinin qanunauyğunluqlarından birinə çevrilib. Belə ki, hökumətin iqtisadi bloku ölkənin cari sosial-iqtisadi inkişafını və ilin sonuna gözlənilən göstəricilər üzrə proqnozu nəzərə alaraq iqtisadi-maliyyə potensialını qiymətləndirir və buna uyğun olaraq dürüstləşmə aparılır. Əgər ölkənin iqtisadi göstəriciləri, fiskal-maliyyə imkanları yaxşılaşıbsa, büdcədə profisit yaranıbsa, dövlətin ali maliyyə sənədində dəyişikliklərin edilməsi də meydana çıxır. Dövlət büdcəsində formalaşan profisit və eləcə də növbəti dövr üçün fiskal proqnozlar nəzərə alınmaqla hökumətə yeni büdcə ssenariləri təqdim olunur. Eləcə də, “Büdcə Sistemi” haqqında Qanuna əsasən, may ayının 15-dən tez və oktyabr ayının 15-dən gec olmayaraq, cari ilin dövlət büdcəsinə yenidən baxılması barədə Milli Məclis qarşısında məsələ qaldırılır.

2024-cü ilin birinci rübünün göstəriciləri büdcə dəyişikliyi üçün hansı əsasları yaradır?

Cari ilin yanvar-mart ayı üzrə sosial-iqtisadi inkişaf göstəriciləri olduqca ümidvericidir və 2024-cü ilin birinci rübündə istehsal olunmuş ÜDM-in həcmi 29 milyard manat təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,4 faiz, qeyri neft-qaz sektorunda isə 6,7 faiz artıb. Bu o deməkdir ki, iqtisadi inkişafın əsas drayveri və artım sütunları qeyri-neftə əsaslanır və ölkədə qeyri-neft mənbələri üzrə potensial güclənir. Qeyri-neft sektorunun artmasında əsas amillər biznes sektorunun fəallığının yüksəlməsi, tikinti-inşaat, xidmət, turizm sahələrində yeni əlavə dəyərin formalaşması, neftdən kənar sahələrdə yığım mənbələrinin genişlənməsi, şəffaflaşma ilə bağlı görülən tədbirlər, bölgələrdə yeni müəssisələrin yaradılmasıdır. Bu səbəbdən qeyri-neft yığımları artır və 2024-cü ilin ilk rübündə bütün fiskal yığımlarda əhəmiyyətli artım baş verib.

Belə ki, 2024-cü ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri 9,2 milyard manat, xərcləri 8,4 milyard manat olub və nəticədə büdcədə 821,7 milyon manat məbləğində profisit yaranıb. Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri 12,9 faiz çox icra edilməklə 6 milyard manat təşkil edib. Belə ki, dövlət büdcəsinin gəlirlərinin 4,2 milyard manatı vergi orqanlarının xətti ilə daxilolmalar təşkil edib və əsas gəlirlər qeyri-neft yığımları olub. Vergi orqanları 530 milyon manat qeyri-neft vergi yığımları əldə edib. Bu onu göstərir ki, ölkəmizdə iqtisadi inkişaf dayanıqlıdır və qeyri-neft sektoru üzrə yığımlar da artır. Bu isə ona imkan verir ki, büdcədə əlavə profisitin yeni maliyyə xərcləri kimi müxtəlif sahələrə yönəldilməsinə təminat verir.

Büdcəyə dürüstləşmələr zamanı hansı sahələrdə əlavə xərclərin artımı mümkün ola bilər?

2024-cü ilin büdcəsində dürüstləşmələr aparıldığı zaman, ilk növbədə ölkəmizin bir nömrəli vəzifəsi olan azad edilmiş ərazilərdə aparılan sürətli bərpa və yenidən qurulma işlərinin miqyasının daha da artırılmasına əlavə maliyyə dəstəyinin təmin edilməsi nəzərə alınacaq. Azad olunmuş ərazilərdə şəhər və kəndlərin bərpası və yenidən qurulması, infrastrukturların yaradılması geniş vüsət alır və bundan sonrakı mərhələdə bu işlərin birbaşa Azərbaycanın öz xərcləri hesabına daha da genişlənməsi əsas çağırışdır. Ona görə də, büdcədə azad edilmiş ərazilərlə bağlı nəzərdə tutulan maliyyə təminatının böyük bir hissəsi həm də qeyd edilən ərazilərin yenidən qurulmasına yönəldiləcək. Büdcədən azad edilmiş ərazilərin bərpasına nə qədər çox vəsait ayrılarsa, Böyük Qayıdış daha da tezləşmiş olur. Eyni zamanda, Qarabağ  və Şərqi Zəngəzur  iqtisadi rayonlarında  infrastrukturun  yenidən qurulması, abadlıq-quruculuq işlərinin  həyata  keçirilməsi sayəsində bölgənin Azərbaycan iqtisadiyyatına reinteqrasiyası əsas strateji çağırışlardan biridir. Bu baxımdan əlavə maliyyə təminatı həmin bölgənin iqtisadiyyatının canlanması, qeyri-neft sektorlarının inkişafına töhfəsinin təmin edilməsində mühüm rol oynaya bilər.

Büdcədə xərclərin artırılmasından sonra digər əsas xərc maddəsi kimi  strateji məqsədlərdən biri olan milli təhlükəsizlik məsələlərinin maliyyə təminatının daha da yaxşılaşdırılması prioritetlilik təşkil edəcək. Hazırda dünyada və regionda mövcud geosiyasi və hərbi vəziyyət ölkənin müdafiə qabiliyyətinin daim diqqətdə saxlanılmasını və daha da gücləndirilməsini, müdafiə və milli təhlükəsizlik sahəsində islahatların davam etdirilməsini tələb edir. Bu zəmində, işğaldan azad olunmuş ərazilərdə, ölkə sərhədlərinin bərqərar olunması,  toxunulmazlığının təmin edilməsi və davamlı mühafizəsi, ordunun hərbi sursat və maddi-texniki təchizatının müasirləşdirilməsi istiqamətində əlavə tədbir və layihələrin icrası üçün zəruri maliyyə təminatının yaradılması xüsusi əhəmiyyət daşıyır. Son 3 ildə hərbi-müdafiə infrastrukturlarının müasirləşdirilməsi, azad ərazilərdə yeni nümunəvi ordu birləşmələrinin yaradılması və hərbi strukturların qurulması, Ermənistanla dövlət sərhədində yeni sərhəd infrastrukturların, eləcə də Zəngəzur dəhlizinin yaradılması istiqamətində işlərin miqyasının artması, eyni zamanda, ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi və digər geosiyasi çağırışlar həmin sahələrə əlavə maliyyə ayrılmasını zəruri edir. Bütün bunlar nəzərə alınmaqla, ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da gücləndirilməsi üçün əlavə vəsait tələb olunur.

Büdcədə əlavə xərclərin maaş artımı və pensiyaların artırılması üçün büdcədən əlavə xərclərin nəzərə alınması mümkünlüyünə gəlincə, bu, dürüstləşmə zamanı xərclərin həcminə əsasən müəyyən ediləcək. Əgər büdcədə əlavə xərclərin həcmi daha böyük həcmdə olarsa, həmin sahələrdə də artımlar üçün maliyyə təminatının yaradılması mümkündür. Çünki hökumətin siyasətində sosial məsələlər də prioritetdir və imkanlar artdıqca sosial təminat xərclərinin həcmi də yüksəlir. Bütün bunlarla yanaşı, bəzi investisiya  layihələri üzrə xərclərin maliyyələşməsi, sahibkarlığın inkişafına dəstəyin daha da artırılması, digər lazım olan zəruri xərclərin də maliyyələşdirilməsi üçün də əlavə maliyyə təminatının yaradılması mümkündür.

ELBRUS CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
125
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
9638
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
7844
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
1543
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1468
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
1448
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1445
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
879
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
734
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
632
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
529
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
513
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
466
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
368
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
334
Arda Gülər dayanmır, yenə fərqləndi -
304
Arda dubl etdi - VİDEO
286
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
266
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
223
ОТГ поздравила азербайджанский народ с Днем Государственного Флага-ФОТО
218