AZ

Maduro Putini təbrik etdi

Maduro Putini təbrik etdi

Venesuela prezidenti Nikolas Maduro Rusiya prezidenti Vladimir Putini vəzifəyə rəsmi başlaması münasibətilə təbrik edib.



Maduro sosial media hesabından paylaşdığı təbrik mesajında ​​"5-ci dəfə Rusiya Federasiyasının prezidenti seçilən Putini Venesuela xalqı adından təbrik edirəm. Birlik və sülh yolunda qətiyyətlə irəliləyən Rusiya xalqına hörmət və ehtiramımı bildirirəm” ifadələrini işlədib.

Digər tərəfdən mətbuata verdiyi açıqlamada Maduro Putin üçün tərif dolu cümlələr işlədib və "O, dünyanın ən böyük liderlərindən biridir. Putin Rusiya Federasiyasını dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevirdi. Mən buradan cənab Putinə səslənirəm: Venesuela xalqı sizi sevir, dəstəkləyir, hörmət edir və biz çoxqütblü dünya qurmaq üçün birgə işləməyə davam edəcəyik” deyib.

Qeyd edək ki, Vladimir Putin dünən Kreml sarayında keçirilən mərasimdə and içərək, 5-ci dəfə Rusiya Federasiyasının prezidenti kimi rəsmən fəaliyyətə başlayıb.


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
8
Mənbələr
Şərh ()
Bağla