AZ

Xəritələri Paşinyan yox, Əliyev diktə edir - Hüseynov

Hazırda sülh danışıqlarında çox yaxşı, müsbət dinamikanı müşahidə edirik. Paşinyanın sözlərinə gəldikdə isə demək istəyirəm ki, ermənilərin özlərinin də etiraf etdiyi kimi, əsas olan Prezident İlham Əliyevin nə deməsi və nə etməsidir.

Bu sözləri Axar.az-a açıqlamasında Qafqaz Tarixi Mərkəzinin direktoru, siyasi şərhçi Rizvan Hüseynov Ermənistan Baş naziri Nikol Paşinyanın ötən gün keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlər haqda danışarkən deyib.

“Xatırladım ki, bir il bundan əvvəl ADA Universitetində keçirilən böyük tədbirlərdən birində İlham Əliyev çıxışı zamanı heç kimin Azərbaycana delimitasiya xəritələri ilə bağlı məhdudiyyət qoya bilməyəcəyini bildirmişdi. Hətta ölkə başçısı ehtiyac yaranacağı təqdirdə 1918-1920-ci illərin xəritələrindən istifadə olunacağını vurğuladı. Yəni istənilən xəritə ilə delimitasiya və demarkasiya aparıla bilər. Bu, tək Ermənistanın iradəsinə bağlı deyil, iki tərəfin razılığı olmalıdır. Qalib Azərbaycanın iradəsi isə hər hansı məsələdə daha üstün olacaq. Sadəcə olaraq, problemlərin olmadığı nöqtələrdə SSRİ-nin sonlarına aid xəritələrdən istifadə edilib. Problemli yerlərdə isə əlbəttə ki, müxtəlif dövrlərə aid xəritələr gündəmə gələcək”, - siyasi şərhçi bildirib.

Qeyd edək ki, Paşinyan dünən keçirdiyi mətbuat konfransında delimitasiyanın SSRİ dövründə qüvvədə olan ən son xəritələr ilə aparıldığını bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
5594
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
5562
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
890
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
883
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
880
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
854
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
834
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
496
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
313
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
289
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
279
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
217
Arda Gülər dayanmır, yenə fərqləndi -
155
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
139
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
137
Arda dubl etdi - VİDEO
135
Fərda görüşdüyü qadını başqa kişi ilə tutdu: Gördüm ki, maşında... - VİDEO
119
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
116
“Mançester Siti” İngiltərə çempionu olub
104
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
104