AZ

Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür

Mayın

Bakı, 8 may, AZƏRTAC

Hər il mayın 8-i dünyada Beynəlxalq Talassemiya Günü kimi qeyd edilir.

AZƏRTAC xəbər verir ki, həmin gün 1994-cü ildə Beynəlxalq Talassemiya Federasiyası tərəfindən təsis olunub və onun əsas məqsədi talassemiyalı insanlar üçün görülməli olan tədbirlər barədə ictimaiyyəti məlumatlandırmaqdır. Bu, ilk növbədə, profilaktika, keyfiyyətli tibbi xidmətin əlçatanlığı, sosial inteqrasiya, həmçinin elmi tədqiqatlara və yeni terapevtik yanaşmalara çıxışdır.

Talassemiyanın ən ağır formalarına əksər hallarda qan qohumluğu olan nikahlarda təsadüf edilir. Bir-biri ilə yaxın qohum olan gənclərin ailə qurması gələcəkdə ağır patologiyalı, o cümlədən talassemiyalı uşaqların doğulmasına səbəb olur.

Talassemiya xəstəliyi erkən təzahür etdiyi halda, uşağın fiziki və əqli inkişafının ləngiməsinə, üz skeletinin kobud dəyişikliyinə - kvadrat kəllə, yəhərvari burun, dişlərin yerdəyişməsi, alt və üst çənələrin üst-üstə düşməməsi və bir sıra digər hallara səbəb olur. Həmin uşaqlarda bir qədər sarılıq müşahidə edilir və onlar tez-tez infeksion xəstəliklərə yoluxurlar.

Ağır talassemiya formalarında uşaqlar həyatlarını erkən dövrdə itirir, orta ağır talassemiya zamanı uşaqlar yetkin yaşa qədər yaşayırlar. Talassemiya zamanı qanın rəng göstəricisi aşağı enir. Qanda dəmirin miqdarı ya norma daxilində, ya da artmış olur. Eritrositlər patologiya nəticəsində vaxtından əvvəl parçalanır, bir çox hallarda qanda zülalın miqdarı yüksəlir, dalaq isə böyüyür.

Valideynlərdən gen vasitəsilə uşağa keçən ağır irsi qan xəstəliyi olan talassemiya genetik çatışmazlıq nəticəsində hemoqlobin sintezinin pozulması və xroniki anemiya ilə xarakterizə edilir. Dəmir defisitli anemiyada dəmir preparatlarının qəbul edilməsi qanın tərkibinin yaxşılaşmasına səbəb olursa, talassemiya zamanı bu preparatların qəbul edilməsi xəstəyə zərərli təsir göstərir.

Talassemiya müalicə olunmasa da, xəstəyə qan köçürməklə onun vəziyyətini yüngülləşdirmək mümkündür. Problemin daha bir müalicə üsulu isə sümük iliyinin köçürülməsidir. Həmçinin ayda bir dəfə dəri altına dərman yeritməklə qanın laxtalanmasını normal vəziyyətə salan və xəstənin tam sağlam yaşamasını təmin etmək olur.

Hazırda ölkəmizdə 4 min nəfərdən çox talassemiyalı xəstə var. Son illər ölkəmizdə talassemiya xəstəliyinin müalicəsi və diaqnostikası sahəsində mühüm tədbirlər görülüb. “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” Qanun həmin xəstələrin donor qanına və dəmirqovucu dərman preparatlarına ehtiyacının tam ödənilməsinə, onların sağlamlıq vəziyyətinin yaxşılaşmasına imkan yaradıb.

Ölkəmizdə bir sıra qeyri-hökumət təşkilatının iştirakı ilə talassemiyalı xəstələrin aşkarlanması və müalicəsi sahəsində məqsədyönlü tədbirlər həyata keçirilib. Belə ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Respublika Talassemiya Mərkəzinin (Milli Hematologiya və Transfuziologiya Mərkəzi) yaradılması nəticəsində bu xəstələrin müalicəsinin müasir səviyyədə təşkili mümkün olub. Artıq talassemiyanın radikal müalicə üsulu olan sümük iliyi transplantasiyasının da həyata keçirilməsinə başlanılıb.

Prezident İlham Əliyevin 2015-ci il fevralın 10-da imzaladığı Sərəncamla təsdiq etdiyi “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” xəstəliyin profilaktikasının gücləndirilməsinə, əhali arasında maarifləndirmə işlərinin aparılmasına və talassemiyalı xəstələrə göstərilən tibbi yardımın təkmilləşdirilməsinə yönəlib. Dövlət Proqramının məqsədi ölkəmizdə talassemiya xəstəliyinin profilaktikası və müalicəsinin təkmilləşdirilməsi yolu ilə xəstələnmə, əlillik və ölüm hallarının azaldılmasından ibarətdir. Görülən tədbirlər nəticəsində talassemiyalı xəstələrin normal həyat fəaliyyəti təmin olunub, xəstəlikdən əlillik və ölüm halları azalıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
166
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
9659
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
7853
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
1547
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1469
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
1448
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1445
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
888
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
797
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
638
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
532
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
514
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
470
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
369
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
334
Arda Gülər dayanmır, yenə fərqləndi -
304
Arda dubl etdi - VİDEO
286
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
267
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
223
ОТГ поздравила азербайджанский народ с Днем Государственного Флага-ФОТО
218