AZ

"Şəkillərinə baxıram, deyirəm ki..." - İlqar Mirzəyevin oğlundan təsirli PAYLAŞIM

2020-ci il iyulunda baş verən Tovuz döyüşləri zamanı şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin polkovniki İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev atası ilə bağlı duyğulandıran paylaşım edib.

 

Sfera.az bildirir ki, o, atasının doğum günü ilə bağlı fikirlərini bölüşüb.

 

“Bugün sənin 51 yaşın tamam oldu. Ancaq heyif, biz artıq 4 ildir ki, ad günlərini sənsiz qeyd edirik. Şəkillərinə baxıram, deyirəm, görəsən 51 yaşında necə görünərdin? Saçın çox ağarardı? Üzündəki qırışlar daha da kəskin görünərdimi? Yoxsa elə 47 yaşda olduğu kimi qalardın? Heyif bilməyəcəyik, çox heyif. Axı biz necə razı ola bilirik bu hala? Necə səni hər ziyarət etdikdən sonra, tək buraxıb gələ bilirik evə. Axı, çox vaxt görüşəndə sən də bizlə gələrdin evə. Artıq, 4 ildir ki, nə özün var, nə səsin. Ad günün mübarək, qəhrəman atam. Səni çox istəyirik. Sən bizim ailənin, Azərbaycanın, millətin fəxrisən. İllər ötəcək bizlər yox olub gedəcəyik. Ancaq sənin kimi adını şanlı tarixə yazdırmış qəhrəman vətən övladları, heç vaxt unudulmayacaq və heç vaxt yaddan çıxmayacaq!”.

 

Qeyd edək ki, bu gün Milli Qəhrəman İlqar Mirzəyevin doğum günüdür. O, 1973-cü il mayın 8-də Qardabani şəhərində anadan olub.

 

Günay

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla