AZ

2003-2023-cü illərdə ÜDM-i ən çox artıran ölkələr

Yazını böyüt
Yazını kiçilt

Son 20 il ərzində dünya ölkələrinin inkişafınıl göstərən cədvəl hazırlanıb.

Hafta.az-ın yazdığına görə, 2003-2023-cü illəri əhatə edən bu 20 illik dönəmdə ÜDM-i ən çox artıran ölkələrin ilk onluğu aşağıdakılardır.

Çin bu müddətdə ÜDM-i ən azı 10 dəfə, yəni 966 faiz artıraraq siyahıya başçılıq edir. İkinci pillədə qərarlaşan Hindistanın ÜDM-i 503 faiz, üçüncü pillədəki İndoneziyanın ÜDM-i isə 455 faiz artıb.

Siyahıda sonrakı yerlərin sahiblərinin sıralanması belədir: Səudiyyə Ərəbistanı 395 faiz, Rusiya 303 faiz, Braziliya 281 faiz, Türkiyə 265 faiz, Kanada 136 faiz.

Dünya iqtisadiyyatının flaqmanları olan ABŞ 135 faizlik inkişafla siyahıda 9-cu, ÜDM-i cəmi 77 faiz artıran Almaniya isə 10-cu yerdədir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
Mənbələr
Şərh ()
Bağla