AZ

Azərbaycan və İran prezidentləri tezliklə görüşəcəklər - SƏBƏB

İran və Azərbaycan arasındakı beynəlxalq sərhəddə yerləşən Araz çayı üzərində ən böyük ortaq su layihəsi olan “Qız Qalası” bəndi yaxın günlərdə fəaliyyətə başlayacaq.
 

Modern.az xəbər verir ki, bu barədə İranın Şərqi Azərbaycan Regional Su Şirkətinin icraçı direktoru Yusef Qafarzadə "Mehr" Agentliyinə bildirib,


O, ən mühüm layihə olan bəndin tikintisinin artıq başa çatdığını deyib. Yusef Qafarzadənin sözlərinə görə, yaxın günlərdə planlaşdırılan açılış mərasimi İran Prezidenti İbrahim Rəisi və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə baş tutacaq.

“Qız Qalası” su anbarı “Xudafərin” hidroqovşağından 12 km aşağı hissədə yerləşir. Bu layihəyə tutumu 1,6 milyard kubmetr olan “Xudafərin” su anbarının tikintisi daxildir. Layihə Cəbrayıl rayonu ərazisini əhatə edir. 1993-cü ildən 2020-ci ilin 18 oktyabr tarixinə qədər su anbarı Ermənistan Respublikasının nəzarəti altında olub. Su anbarı Araz çayı üzərində İranla Azərbaycan arasında imzalanmış razılaşmaya uyğun olaraq inşa edilib. “Qız Qalası” hidroqovşağının məqsədi hidroelektrik enerji istehsalı və suvarmadır.

Yusef Qafarzadə bunu regionda ən böyük təzyiqli suvarma layihələrindən biri kimi qiymətləndirib. Deyib ki, onun işə düşməsi su və torpaq ehtiyatlarından optimal istifadəyə, ənənəvi əkinçilik üsullarının müasir üsullara çevrilməsinə, 40 min iş yerinin yaradılmasına gətirib çıxaracaq.

“Qız Qalası” bəndi və “Xudafərin” hidroqovşağının tikintisi haqqında qərar hələ 1992-ci ildə verilib. Daha sonra İran və Azərbaycan hökumətləri arasında əldə olunmuş razılaşma çərçivəsində tikinti işlərinə başlanılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil — YENİLƏNİB
6506
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
6408
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1182
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
967
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
960
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
945
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
943
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
564
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
351
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
301
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
291
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
262
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
193
Arda Gülər dayanmır, yenə fərqləndi -
172
Arda dubl etdi - VİDEO
156
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
151
Fərda görüşdüyü qadını başqa kişi ilə tutdu: Gördüm ki, maşında... - VİDEO
143
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
136
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
116
“Mançester Siti” İngiltərə çempionu olub
112