AZ

25 may Ümumdünya Futbol Günü elan edildi

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası tərəfindən qəbul edilən qətnamə layihəsi ilə mayın 25-i tarixi Ümumdünya Futbol Günü kimi qeyd ediləcək.

Demokrat.az
xəbər verir ki, bu barədə BMT Baş Assambleyası məlumat yayıb.

Məlumata görə, digər idman növləri kimi futbol da xüsusi bir günlə qeyd ediləcək. 

160-dan çox ölkənin sponsorluğu ilə Baş Assambleyaya təqdim edilən və 25 mayın “Dünya Futbol Günü” kimi qeyd olunmasını təklif edən qanun layihəsi yekdilliklə qəbul edilib. 

Bu günün müəyyən edilməsində 25 may 1924-cü ildə Parisdə keçirilən ilk beynəlxalq futbol turnirinin 100 illiyi əsas götürülüb.


Aysu
Demokrat.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
Mənbələr
Şərh ()
Bağla