AZ

Azad olmaqdan niyə qorxuruq? - Zaur Əliyev yazır

“Az yaşlı qızı özündən iki-üç dəfə böyük adama ərə verirlər, etiraz edirsən, dərhal girib irad tuturlar ki, nə işinə qalıb sevirlər.  LGBT təbliğ edənlərə irad tutub yazırsan, girib dərhal adamın üstünə cumurlar ki, onun öz həyatıdır. Əxlaqsız geyinəni tənqid edirsən dərhal ayağa qalxırlar ki, vəhşisən, demokratik deyilsən və sən geridə qalmısan. Rüşvət alana, yüzlərlə insanın haqqına girib, fırıldaq gələni ifşa edirsən, girib yazırlar ki, bacarana can qurban, xalqın pullarını oğurlayıb bahalı həyat yaşayan haqqında bir cümlə yazan kimi başlayırlar paxıllıq edirsən, camaatın pulunu sayırsan. Sosial mediada söyüş edib və əxlaqsızlıq təklif edənlər haqqında nəsə bir cümlə denən, düşəcəklər üstünə ki, insan hüquqları əldən getdi,sən pis adamsan, öz həyatıdır, özü bilər, başqalarının hüququn pozursan. Hakimiyyətdə olanı tənqid edirsən dərhal olursan xaricdən maliyyələşən ünsür. Müxalifəti tənqid edirsən dərhal səni hakimiyyətin agenti kimi qəbul edirlər. Hansısa məmura etiraz edirsən, girib yazırlar ki, o çörək verən kişidir. Hansısa haqsızlıq görüb etiraz edirsən olursan işverən, suka. Ölkədə bərbad sosial həyatı tənqid edirsən, o dəqiqə cumurlar ki, sən inkişafı görmürsən...”

News365.az  xəbər verir ki, bu fikirləri tarixçi alim Zaur Əliyev yazıb. O təəssüflə qeyd edib ki, nə barədə yazırsan yaz, dərhal böyürdən çıxacaq belə insanlar var:

“Birinin fikiri digərinin xoşuna gəlmir ki, sən niyə deyirsən. Amma özü səsini salıb içinə....Sən denən də, bir dəfə də... Bir dəfə də sən etiraz elə, bir dəfə də sən kişi ol, insan ol...

Öz evində qadınına zülm edən qadınları sosial mediada qoruyur, uşağına zülm edən humanist olur, qeyrəti olmayan qeyrətdən, əxlaqı olmayan əxlaqdan, savadı olmayan savaddan, düşüncəsi olmayan düşüncədən danışır...

İran əleyhinə yazırsan olursan İsrail agenti, İsrail əleyhinə yazırsan olursan İran agenti, Amerikanı tənqid edirsən olursan rusun adamı, Rusiyanı tənqid edirsən olursan Amerika agenti.  Türkəm yazırsan girib səni faşist adlandırılar! Nədən yazırsan yaz,  iki tərəfdən biri səni düşmən edəcək

Azad, neytral, sərbəst düşünən, müstəqil insan imici ilə bu ölkədə yaşamaq çox çətindir! Qorxmaz olmaq, sözünü demək, fikirini çəkinmədən yazan insan bu cəmiyyət üçün yaddır!

Allah rəhmət eləsin Babəkə, o da bu xalqın əksəriyyətinin nə olduğunu bilib və elə belə bu sözü deməmişdi "Bir gün Şah olaraq yaşamaq, 40 il kölə olmaqdan yaxşıdır”.

O qədər qul həyatı yaşayıblar, Azad və Qorxmaz insan görəndə dərhal yırtıcı giyenalar kimi səni didməyə başlayırlar! Tülkü həyatı yaşayıb Qurd həyatı görməyənlər üçün çətindir bunu qəbul etmək

Bacarmaq da olmur onlara, o qədər iy, qoxu içlərini bürüyüb ki, xalqın problemlərini yazanda belə əks mövqe tuturlar ki, yox ey belə deyil...

Əşi belədir! Xoşunuza gəlmir ? Dur rədd olun burdan !! Gedib evinizdə bu ağılı göstərin!!

Bu ölkədə nəsə dəyişikliklər olacaqsa sizin kimiləri sıradan çıxarandan sonra olacaq. Ona qədər yaşayın, amma...”.

İlhamə Qiyas, News365.az  


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
11325
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8384
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
6675
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2025
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
1825
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1752
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1615
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1288
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
952
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
821
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
713
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
654
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
446
Arda Gülər dayanmır, yenə fərqləndi -
420
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
408
Arda dubl etdi - VİDEO
334
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
327
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
319
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
291