AZ

İkinci Dünya Müharibəsində Azərbaycan xalqının göstərdiyi misilsiz qəhrəmanlıq!

22 iyun 1941-ci ildə Azərbaycan SSRİ-nin tərkibində alman-faşist işğalçıları ilə Böyük Vətən müharibəsinə qoşuldu. 1941-1945-ci illərdə faşist Almaniyası ilə mübarizədə 600 mindən çox azərbaycanlı iştirak edirdi. Alman komandanlığı Bakının neftinə xüsusilə fikir verirdi. Qafqaz uğrundakı döyüşlərdə almanların əsas hədəfi var idi –  Bakını və onun neft-qaz sənayesini nəzarətə götürmək.Bakı və Cənubi Qafqaz Sovet İttifaqının iqtisadiyyatının əsas neft mənbəyi idi. SSRİ neftinin 80 faizi Azərbaycan SSR-də çıxarılırdı.Ümumi əhalisi 3,4 milyon olan Azərbaycan SSR-dən 681 min nəfər cəbhəyə yollanmışdır ki, onlardan 10 mini qadın idi. Azərbaycandan çağırılan 300 min SSRİ vətəndaşı həlak olmuşdur. Cəbhə xətti üçün Azərbaycanda 15 min tibb işçisi, 750 rabitəçi, 3 min sürücü hazırlanmışdı.

Müharibədə, həmçinin snayper Ziba Qəniyeva, zenitçi Almaz İbrahimova, partizan Aliyə Rüstəmbəyova, dəniz gəmisi kapitanı Şövkət Səlimova və başqa azərbaycanlı qadınlar da iştirak edirdi.Azərbaycan SSR-də olan əsgərlər Brest qalası, Leninqrad, Moskva Stalinqrad, Qafqaz uğrunda döyüşlərdə iştirak etmiş, Kursk, Berlin uğrunda döyüşlərdə qəhrəmanlıq göstərmişlər. Onlar Ukraynada, Krım yarımadasında vuruşmuş, Qırmızı Ordunun tərkibində Pribaltikanı, Şərqi Avropanı azad etmişlər.Bakı müharibə dövründə əsl cəbbəxanaya çevrilib. 130 adda silah-sursat, o cümlədən “Katyuşa” adlı yaylım atəşi açan reaktiv sistemlər Bakıda hazırlanıb. Xəzər Dəniz Gəmişiliyinin gəmi təmiri zavodları da bu işdə yaxından iştirak edib.Bakının xəstəxana və sanatoriyalarında 1,5 milyondan artıq döyüşçü müalicə olunub. Həmin döyüşçülərdən bir çoxu müharibədən sonra Bakıya yaşamağa gəlib və bu, danılmaz faktdır.

Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycan Xalq Səhiyyə Komissarlığı Hərbi Xəstəxanalar İdarəsinin baş cərrahı vəzifəsində çalışan görkəmli cərrah Mustafa Topçubaşov həmin dövrdə SSRİ-də ilk dəfə olaraq təxliyə hospitallarının yaradılmasının təşəbbüskarı olub. Onun təklifi hərbi cərrahlıq işinin təşkilində uğurla istifadə edilib. Müharibə illərində Azərbaycanda donorların sayı 11,5 dəfə artıb. Bu, Şimalı Qafqaz cəbhəsinin hərbi-sanitar müəssisələrini arasıkəsilmədən konservləşdirilmiş qanla təmin etməyə imkan verib.Azərbaycan neft hasil etməklə yanaşı, eyni zamanda Sovet ordusunun etibarlı hərbi ehtiyat bazasına çevrilmişdi. Müharibə illərində Bakıda 130-dan çox silah növü, döyüş sursatı və hərbi texnika, habelə əfsanəvi “Katyuşa” və onun üçün xüsusi reaktiv raketlər istehsal edilirdi. Bakının Kişlı qəsəbəsində (Keşlə) “168” və “458” sayları altında kodlaşdırılan iki təyyarə zavodu fəaliyyət göstərirdi. Bu zavodlarda fasiləsiz olaraq UTI-4 və Yak-3 tipli qırıcı döyüş təyyarələri, habelə hərbi təyyarələr üçün xizəklər istehsal olunurdu. Bu dönəmdə Gəncə şəhərində böyük bir təyyarə təmiri zavodu fəaliyyət göstərirdi. Burada müxtəlif növ 782 təyyarə, habelə 1550-dən çox təyyarə mühərrikləri və digər ehtiyat hissələri təmir edilərək cəbhəyə göndərilmişdi. Azərbaycan SSR-in kimya sənayesinin fabrikləri də hərbi məhsulların istehsalı üçün yenidən qurulmuşdu. Onlar yanğınsöndürmə texnikası və inventarının istehsalını tənzimləmiş, qoruyucu geyimlərin kimyəvi maddələrlə hopdurulması prosesini mənimsəmişdilər. Metal emalı zavodları isə ordu üçün yemək qabları, yanğınsöndürmə texnikası, hərbi nümunəli nallar, vaqonlar üçün hissələr, xəndək sobaları istehsal etməyə başlamışdılar.

Azərbaycanın alimləri də müharibə illərində şərəflə işləmişdilər. Məşhur akademik Yusif Məmmədəliyev başda olmaqla kimyaçı alimlər müharibə illərində 38 növ sürtkü yağı, 9 adda təyyarə benzini və 8 növ dizel yağı istehsalını təşkil etmişdilər.

Bütün ziyalıların, o cümlədən yaradıcı ziyalıların fəaliyyəti faşizm üzərində qələbəyə yönəldilmişdi.

Beləliklə, ikinci dünya müharibəsində faşizm və militarizm üzərində qələbənin əldə edilməsində Azərbaycan da öz böyük töhfəsini vermişdi.

Nicat İsmayılov 

YAP Yasamal rayon “Akim Abbasov küçəsi 73 E” ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
11837
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8572
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
8050
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2293
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2019
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1854
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1749
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1453
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1106
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
874
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
707
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
503
Arda Gülər dayanmır, yenə fərqləndi -
457
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
422
Arda dubl etdi - VİDEO
367
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
363
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
361
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
352