AZ

8 may Şuşanın işğal tarixi deyil, “Böyük Qayıdış“ tarixi olacaq!

Tezliklə Şuşadan olan məcburi köçkünlərin doğma şəhərə qayıdışı başlanacaq. Artıq Şuşaya ilk qayıdacaq 20 ailə püşkatma yolu ilə müəyyən edilib.

Qeyd edək ki, Şuşa şəhərinə köçürüləcək ailələr çoxmənzilli binalarda mənzillə təmin olunacaqlar. Yeni yaşayış sahələri indiyədək respublika ərazisində müxtəlif yerlərdə müvəqqəti məskunlaşmış və Şuşa şəhərində daimi qeydiyyatda olan məcburi köçkünlərə verilir. İlk püşkatma şəhid ailələri, qazilər və şəhərdə tikinti, bərpa-quruculuq işlərində çalışan 20 ailə arasında keçirilib və onların hər birinə ailə tərkibinə uyğun mənzil təqdim edilib. Mənzillər 2, 3, 4, 5 otaqlıdır.

Püşkatmada iştirak etmiş ailələrin may ayının əvvəllərində Şuşa şəhərinə yola salınması nəzərdə tutulur. Qeyd edək ki, sosial şəbəkələrdə Şuşa şəhərinə qayıdışın mayın 8-də baş tutacağı barədə iddialar yayılıb.

Şuşaya qayıdışın 8 mayda baş tutması böyük tarixi əhəmiyyət kəsb edir. Çünki, 32 il əvvəl məhz bu gün - 8 may 1992-ci ildə Şuşa şəhəri Ermənistan ordusu tərəfindən işğal edilib. 

Şuşanın işğalı nəticəsində 480 günahsız vətəndaş qətlə yetirilib, 600 nəfər yaralanıb, 22 min insan öz yurdundan didərgin düşüb. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur. 2020-ci ilin noyabrın 8-də müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Azərbaycan xalqına müraciətində Şuşanın işğaldan azad olunması müjdəsini verdi. Beləliklə, Şuşa bu gün azaddır.


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
Mənbələr
Şərh ()
Bağla