AZ

Azərbaycanda lombarda 1 milyon manat investisiya qoyulub

Azərbaycanda lombard şirkəti nizamnamə kapitalını 1 milyon manat artırıb. 

Valyuta.az xəbər verir ki, “Express Lombard” ASC nizamnamə kapitalını artırdığını elan edib. ASC bunun üçün hər birinin nominal dəyəri 200 manat olan 5 min ədəd adi, sənədsiz, adlı səhm buraxıb. 

Qeyd edək ki, lombardın sahibi İsayeva Svetlana cəmi qızıdır. ASC-nin cəmi aktivləri ötən ilin sonuna 221,9 min manat, cəmi öhdəlikləri 82,1 min manat, cəmi kapitalı isə 139,8 min manat təşkil edib. Lombard ötən il 135,8 min manat xalis mənfəət əldə edib.

Leyli

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla