AZ

Ermənilər Nizaminin kəlləsini oğurlayıblar: Xalq artistinin iddiasına alimdən şok cavab

Xəbər verdiyimiz kimi, Xalq artisti Afaq Bəşirqızı “Şən gənc” layihəsində qəribə açıqlama ilə diqqət çəkib. Onun “Sizdən nəsə oğurlayıblar” sualına cavabı ilə hər kəsi təəccübləndirib.

Bildirib ki, o vaxt Nizami Gəncəvinin üzünü təyin etmək üçün başının skeletini aparıblar. Onu da aparan ermənilər olub və skleti oğurlayıblar.

Referans.az xəbər verir ki, mövzu ilə bağlı Publika.az Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçısi, filologiya üzrə fəlsəfə doktoru, dosent, Nizamişünas alim Zəhra Allahverdiyevanın fikirlərini öyrənib.

Zəhra Allahverdiyeva bildirdi ki, burada heç bir oğurluqdan söhbət gedə bilməz.

"Əslində bu belə deyil, 1938-39-cu illərdə iki dəfə Gəncədə Nizami Gəncəvinin qəbri ətraflında qazıntı işləri aparılıb. Bu, dövlətin qərarı ilə olub. Çünki 41-ci ildə onun yubileyini keçirəcəkdilər. Söhbət Bağırovun hakimiyyəti illərindən gedir. SSRİ dövrü idi və həmin dövrdə dövlət xətti ilə Gəncədə qazıntı işləri aparılırdı. Gəncəvinin qəbrindən tapılan əşyaları Sankt-Peterburqda yerləşən Ermitaja göndərirdilər. Orada xüsusi, böyük bir Nizami bölməsi açılmışdı. Nizaminin 800 illik yubileyinə hazırlıq işləri gedirdi. Həmin dövrdə Nizaminin kəllə sümüyünü də eksperiment üçün aparıblar. Bu haqda Azərbaycan televiziyasının sənədli filimi var. O filimdə göstəriblər ki, sovet alimi Gerasimov Gəncəvinin kəllə sümüyünü araşdırır, tədqiq edir. Araşdırmaqda məqsəd o olub ki, bu insanda hansı fiziki, bioloji dəyişikliklər var ki, belə dahiyanə əsərlər yazıb? Həmin filmdə Mixail Gerasimovun özünü göstərirlər və orada belə bir epizod gedir ki, sovet alimi Nizami Gəncəvinin kəllə sümüyünü araşdırır. Sonra həmin sümük aparılır Sankt-Peterburqa. Lakin orada eksponat kimi göstərilib-göstərilmədiyi yazılmayıb.

Yəni həqiqətən də Nizaminin kəllə sümüyü Rusiyaya aparılıb, ancaq burada oğurluqdan söhbət gedə bilməz".



Zəhra xanim onu da qeyd etdi ki, həmin dövrdə Nizaminin qəbrinin yerini dəyişməyə çalışıblar.

“Onun cəsədini çıxarıb başqa yerə aparmaq fikirləri var idi və bunu elədilər də. Bir gecənin içərisində Nizaminin cəsədini götürüb aparıblar başqa bir yerə və həmin gecə orada iştirak edən alimlərdən biri qəfil, müəmmalı şəkildə ölüb. Orada iştirak edənlərin qalanını da cəzalandırıblar. Səhəri günü Nizaminin cəsədini qaytarıblar öz qəbrinə və ört-basdır ediblər. Lakin kəllə sümüyünün qaytarılması haqqında məlumat qeyd olunmayıb.

Sovet hakimiyyəti dağıldıqdan sonra mən bir məqalə oxudum. Orada yazılmışdı ki, Ermitajda olan eksponatları gizli yolla Avropaya satıblar. Orada işləyən 10-15 qadını da buna görə həbs ediblər".

Allahverdiyeva Afaq Bəşirqızının bu fikrini ciddiyə almadığını bildirdi.

"Mən onun bu sözlərini ciddiyə almıram. Bu sözləri demək böyük bir məsuliyyət tələb edir. Bunu demək üçün əldə fakt olmalıdır, sənəd olmalıdır".  

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
4
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
5748
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
5720
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
994
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
905
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
898
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
869
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
838
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
500
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
323
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
289
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
283
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
221
Arda Gülər dayanmır, yenə fərqləndi -
155
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
141
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
139
Arda dubl etdi - VİDEO
135
Fərda görüşdüyü qadını başqa kişi ilə tutdu: Gördüm ki, maşında... - VİDEO
123
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
116
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
105
“Mançester Siti” İngiltərə çempionu olub
104