AZ

İkardi Aleksin rekordunu qırmaq üzrədir

Türkiyə Super Liqasında "Qalatasaray" "Sivasspor"u 6:1 hesabı ilə məğlub edib.

Offsideplus.az xəbər verir ki, "sarı-qırmızılılar"ın qollarını Hakim Ziyeş (2), Dris Mertens (2) və Mauro İkardi (2) vurub. "Fənərbaxça"nın xal itirdiyi turda "Qalatasaray" sona 3 həftə qalmış xal fərqini 6-ya yüksəldib.

"Cim-Bom"un futbolçusu Mauro İkardi bombardir yarışında ikinci pillədə qərarlaşan Edin Dzeko ilə arasındakı fərqi 3-ə çatdırıb.

Mauro İkardi bu mövsüm "Qalatasaray"ın heyətində 44 matçda 30 qol vurub, 12 məhsuldar ötürmə edib. Argentinalı ulduz karyerasının ən yaxşı dövrünü yaşayarkən “Fənərbaxça”nın əfsanəsi Aleks de Souzanın rekordunu qırmağa yaxınlaşıb.

Bu mövsüm 42 qola töhfə verən Mauro İkardi, qalan 3 matçda 3 qolda rol oynayarsa, Aleks de Souzanın bir mövsümdə ən çox qolda iştirak etmə rekordunu qıracaq. Aleks de Souza 2010-11 mövsümündə 28 qol və 16 məhsuldar ötürmə ilə tarixə düşüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
offsideplus.az

1Mənbələr