AZ

«Gəncə-Şərab-2»nin sahibləri bir ildə – 2,5 MİLYON MANAT QAZANIBLAR – HESABAT

“Gəncə Şərab-2” ASC 2023-cü ilin maliyyə hesabatını açıqlayıb.

FED.az xəbər verir ki, şirkət ötən ili 2 milyon 579 min manat mənfəətlə başa vurub. Şirkətin əldə etdiyi xalis mənfəət son bir il ərzində 675 min manat və ya 20,7% azalıb.

Hesabat ilində “Gəncə Şərab-2” 574 min manat mənfəət vergisi ödəyib ki, bu da son bir il ərzində 71 min manat (11%) azalma deməkdir.

Şərab şirkətinin ötən il gəlirləri 15 milyon 287 min manat, satışın maya dəyəri 12 milyon 273 min manat, ümumi mənfəəti isə 3 milyon  14 min manat təşkil edib.

İllik müqayisədə 87 min manat (0,6%) artıb, satışın maya dəyəri 1 milyon 20 min manat (7,7%) azalıb, ümumi mənfəətdə 1 milyon 106 min manat və ya 58% artım baş verib.

Şərab şirkətinin sair əməliyyat gəlirləri 28 min manat,  xərcləri 66 min manat, ümumi əməliyyat mənfəəti isə 2 milyon 95 min manat təşkil edib.

Əməliyyat gəlirlərində 145 min manat və ya 6,2 dəfə azalma baş verib. Xərclərdə 11 min manat (20%), əməliyyat mənfəətində 951 min manat (47%) artım qeydə alınıb.

“Gəncə Şərab-2” ötən il 31 milyon 393 min manat aktivlərə malik olub. Aktivlər son bir ildə 5 milyon 284 min manat və ya 20,2% artıb.

Şərab şirkətinin öhdəlikləri 7 milyon 173 min manat və ya 2,1 dəfə artaraq 13 milyon 687 min manata yüksəlib.

Balans kapitalı isə 1 milyon 889 min manat (9,6%) azalaraq  17 milyon 706 min manata düşüb.

Şirkətin bölüşdürülməmiş mənfəətinin həcmi isə 5 milyon 596 min manata bərabər olub ki, bu da son bir il ərzində 1 milyon 406 min manat və ya 20,2% azalma deməkdir.

image

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
Mənbələr
Şərh ()
Bağla