AZ

Əmək pensiyasına 5 il tez çıxmaq hüququ rəsmiləşdirildi…

Image

Kamran Məmmədli: “Daha erkən pensiyaya çıxmaq hüququna malik olan vətəndaşlarımızın sayının artırılması müsbət haldır”

Prezident İlham Əliyev "Əmək pensiyaları haqqında" qanuna dəyişiklilərin edilməsi ilə bağlı sənədi imzalayıb. Bu sənədə əsasən, bir sıra şəxslərin daha tez pensiyaya çıxmaq hüququ təsbit edilib. 

Belə ki, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqları qəyyumluğa götürüb saxlamaq daxil olmaqla, bütövlükdə 5 uşağı olan valideynlər daha tez pensiyaya çıxmaq hüququ əldə edəcək. Qeyd edək ki, əvvəlki qanunda bu hüquq yalnız analara şamil edilirdi. Yeni qanunla atalar da 60 yaşında pensiyaya çıxmaq hüququ əldə edəcəklər.

“Qadın vəfat etdiyi və uşağın kişinin himayəsində olduğu və növbəti ailə qurduğu halda da kişilər 5 il erkən pensiya hüququ qazanacaqlar, bu dəyişiklik…” 

Qanunun əhəmiyyəti haqqında danışan iqtisadçı Kamran Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, yeni dəyişikliklər və güzəştli şərtlər ilə pensiyaya çıxma hüququ olan vətəndaşların siyahısı genişləndirilib. Erkən pensiyaya çıxmaq hüququna malik olan vətəndaşlarımızın sayının artırılması müsbət haldır: “Yeni dəyişikliyə əsasən qadın vəfat etdiyi və uşağın kişinin himayəsində olduğu və növbəti ailə qurduğu halda da kişilər 5 il erkən pensiya hüququ qazanacaqlar. Bu dəyişiklik həmin ailələrin sosial vəziyyətinin yaxşılaşmasına səbəb olacaq. Nəzərə almaq lazımdır ki, vətəndaşların, xüsusilə aztəminatlı kontingentin qayğıları və rifah halının dövlətin diqqət mərkəzində olduğunun bariz göstəricisidir”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, daha erkən pensiyaya çıxmaq hüququna malik olan vətəndaşlarımızın sayının artırılması müsbət haldır. Çünki iş rejimindən, həyat şəraitindən  asılı olaraq onların sosial müdafiəsinin daha da gücləndirilməsi vacibdir: “Xatırladım ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na dəyişiklik edib. Belə ki, neft mədənlərində, onun saxlanılması və ötürülməsi sahəsində nəzarət-ölçü cihazları və avtomatika qurğularının təmiri və xidməti işləri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər, əsas istehsalat sahələrində neft-mədən avadanlıqlarının, kompressor qurğularının təmiri ilə bilavasitə məşğul olan təmirçi çilingərlər, əmtəə operatorları və digər peşə sahibləri daha tez pensiyaya çıxa biləcək”.

Günel CƏLİLOVA





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
Mənbələr
Şərh ()
Bağla

Reytinq

İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil — YENİLƏNİB
6715
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
6504
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1185
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1002
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
984
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
982
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
978
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
572
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
360
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
301
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
295
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
263
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
216
Arda Gülər dayanmır, yenə fərqləndi -
185
Arda dubl etdi - VİDEO
165
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
161
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
144
Fərda görüşdüyü qadını başqa kişi ilə tutdu: Gördüm ki, maşında... - VİDEO
143
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
116
“Mançester Siti” İngiltərə çempionu olub
114