AZ

ABŞ-da Trampın məxfi sənədləri düzgün saxlamaması ilə bağlı məhkəmə prosesi təxirə salınıb

Floridada ABŞ-ın keçmiş prezidenti Donald Trampın məxfi sənədlərlə düzgün davranmaması ilə bağlı məhkəmə prosesinin vaxtı ləğv edilib. TASS bu barədə Florida ştatının cənub dairəsi üzrə federal məhkəmənin elektron məlumat bazasına istinadən xəbər verir.

Federal hakim Eileen Cannon tərəfindən imzalanan sənəddə deyilir ki, məhkəmə əvvəllər təyin edilmiş 20 may 2024-cü il tarixini və buna görə də onunla əlaqəli təqvimi ləğv edib. Trampın işi üzrə yeni məhkəmə tarixi ayrıca sərəncamla müəyyən ediləcək.

Bundan əvvəl keçmiş porno aktrisa Stormi Danielsin ABŞ prezidentliyinə namizəd Donald Trampın sənədlərin saxtalaşdırılması ilə bağlı cinayət işi üzrə məhkəmə prosesində ifadə verəcəyi bildirilirdi.

Mənbə: TASS

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
196
32
Mənbələr
Şərh ()
Bağla