AZ

"Monella"ya cərimə niyə yazılıb?

"Monella" MMC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 335.6-cı (Bu Məcəllənin 335.4-cü maddəsində  (Ümumi istifadədə olan nəqliyyat vasitəsinin sərnişin daşınması üçün belə nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verilməsi) nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə fiziki şəxslər dörd yüz manat məbləğində, vəzifəli şəxslər səkkiz yüz manat məbləğində cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər altı min manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

İş Sabunçu Rayon Məhkəməsinin hakimi Nigar İmanovanın icraatındadır.

 

Xəyal Quliyev

Tarix: 8 May 2024, 09:25   

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
Mənbələr
Şərh ()
Bağla