AZ

Tovuz RMX-da tibbi xidmətlərdən səmərəli istifadə üçün hər cür şərait yaradılıb

TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov və Almaniyanın Haydelberq Universitetinin Manhaym Tibb fakültəsinin Cərrahiyyə klinikasının cərrah-onkoloqu, dosent Vüqar Yaqublu Tovuz Rayon Mərkəzi Xəstəxanasında səfər edib.
 
Tovuz RMX-dan Aztibb.az-a bildirilib ki, səfər zamanı onlar xəstəxanasının Təcili yardım bölməsi, Cərrahiyyə şöbəsi, Anesteziologiya şöbəsi, Reanimasiya və intensiv terapiya şöbəsi, Əməliyyat bloku və Laboratoriya şöbəsinə baxış keçiriblər.
 
Görüşdə xəstəxananın direktoru Paşa Muradov və digər rəhbər şəxslər də iştirak ediblər.
 
Həkim Vüqar Yaqublu xəstəxananın cərrahları görüşüb, onlarla xarici təcrübələrini bölüşüb və beynəlxalq standartlar haqqında məlumatlar verib.
 
İcraçı direktorun müavini Araz Nəsirov qeyd edib ki, Tovuz Rayon Mərkəzi Xəstəxanasında əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilinin səmərəli şəkildə icra olunmasına hər cür şərait yaradılıb.
 
O, vətəndaşların keyfiyyətli tibbi xidmətlə təmin edilməsi naminə işlərin görüldüyünü diqqətə çatdırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
Mənbələr
Şərh ()
Bağla