ABŞ Çinin texnologiya nəhəngi “Huawei”ə çip ixracı üçün verdiyi bəzi lisenziyaları ləğv edib.

İndex.az xəbər verir ki, yayılan məlumatlara görə, bəzi şirkətlərə lisenziyalarının dərhal ləğv edildiyi barədə məlumat verilib.

Ötən ay “Huawei” süni intellektlə işləyən ilk noutbuku və “Intel”in yeni “Core Ultra 9” prosessoru ilə təchiz edilmiş “MateBook X Pro”nu satışa çıxardıqdan sonra ABŞ lisenziyaları ləğv etməyə qərar verib.

Ticarət Departamenti verdiyi açıqlamada, “Huawei”in bəzi lisenziyalarının ləğv etdildiyini təsdiqləsə də, hansı lisenziyaların ləğv edildiyini açıqlamaqdan imtina etdi.