AZ

Qobustanda “Toyota” aşdı - Xəsarət alan var

Bakının Qaradağ rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, hadisə rayonun Qobustan qəsəbəsində qeydə alınıb.

Belə ki, “Toyota” markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq aşıb. Nəticədə 1982-ci il təvəllüdlü Elnarə İsfəndiyar qızı Kərimova xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı polis əməkdaşları tərəfindən araşdırılır.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
125
50
bizim.media

10Mənbələr