AZ

Ukraynanın 6 regionunun enerji infrastrukturuna kütləvi hava hücumu olub

Ukraynanın

Kiyev, 8 may, AZƏRTAC

Rusiya ordusu Ukraynanın enerji infrastrukturuna növbəti kütləvi hava hücum həyata keçirib. Hücum Ukraynanın 6 regionunda qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın energetika naziri German Qaluşenko məlumat verib.

“Qarşı tərəf ukraynalıları işıqdan məhrum etmək planlarından əl çəkmir, yenə bizim enerji sektorumuza kütləvi hücum olub”, deyə o, Teleqram səhifəsində yazıb.

Qaluşenkonun sözlərinə görə, Poltava, Kirovoqrad, Zaporojye, Lvov, İvano-Frankosk və Vinnitsa vilayətlərində elektrik enerjisinin istehsalı və ötürülməsi obyektlərinə hücum edilib. Nəticələri aydınlaşdırılır. Artıq energetiklər onların aradan qaldırılması üçün çalışırlar.

"Qarşı tərəf bizi kifayət qədər elektrik enerjisi istehsal etmək və ötürmək imkanından məhrum etmək istəyir" deyən nazir ukraynalıları xüsusilə səhər və axşam elektrik enerjisindən ehtiyatla istifadə etməyə çağırıb.

Zaporojye Vilayət Hərbi Administrasiyasının yaydığı məlumata görə, hava hücumu zamanı bölgənin kritik və mülki infrastrukturu vurulub. İlkin olaraq dağıntı var.

“Ukrqenerqo”nun yaydığı məlumatda isə bildirilir ki, Vinnitsa, Zaporojye, İvano-Frankivsk, Kirovoqrad, Poltava regionlarında enerji infrastrukturuna ziyan dəyib.

Qeyd edək ki, hava hücumu zamanı Kiyev, Xarkov, Poltava, Zaporojye, İvano-Frankovsk və Lvov vilayətində hava hücumundan müdafiə sistemi işə düşüb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
218
5
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
11344
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8386
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
6736
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2047
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
1830
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1760
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1619
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1299
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
956
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
824
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
713
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
658
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
450
Arda Gülər dayanmır, yenə fərqləndi -
420
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
412
Arda dubl etdi - VİDEO
334
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
328
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
320
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
291