AZ

Məhkəmə 397 minlik dələduzluq edən şəxslə bağlı qərarı açıqladı

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Əlövsət Nəsirovun barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Anar Tanrıverdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 
 

Qərara əsasən, şikayət və protest təmin edilməyib.

 

İttihama görə, Ə.Nəsirov bir neçə şəxsə qarşı 396 630 min manatlıq dələduzluq edib. 

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona şərti cəza verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib.

 

Kamal Məmmədov

Tarix: 8 May 2024, 08:40   

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
Mənbələr
Şərh ()
Bağla