AZ

Dronlarla gecə hücumu:Şəhərlər vuruldu

Rusiya raketləri və pilotsuz təyyarələri bu gecə Ukraynadakı  6 bölgədəki enerji obyektlərinə hücum edib.

"Cebhe.info" xəbər verir ki, bunu Ukraynanın energetika naziri German Qaluşenko deyib.

“Yenə bizim enerji sektorumuza kütləvi hücum! Poltava, Kirovoqrad, Zaporojye, Lvov, İvano-Frankivsk və Vinnitsa vilayətlərində elektrik enerjisi istehsalı və ötürülməsi obyektləri hücuma məruz qalıb”, - deyə Ukrayna mətbuatı Qaluşenkonun bəyanatından sitat gətirir.

Raket hücumları, kamikadzelər və partlayışlar barədə məlumatların gəldiyi yerlər arasında xüsusən də Lvov vilayətinin Dobrotvor kəndi və Vinnitsa vilayətinin Ladıjin şəhəri istilik elektrik stansiyalarının yerləşdiyi ərazilər var.

Poltava vilayətinin administrasiyasının rəhbəri Filip Pronin teleqram kanalında yazıb ki, Poltava vilayətində pilotsuz təyyarə müəyyən enerji infrastrukturu obyektini vurub və nəticədə orada yanğın baş verib.

Proninin əldə etdiyi ilkin məlumata görə, itki yoxdur.

Zaporojye vilayətinin administrasiyasının rəhbəri İvan Fedorov öz teleqram kanalında yazıb ki, bölgədə hücumların hədəfi enerji obyektləri və kritik infrastruktur olub, dağıntılar olub, lakin tələfat yoxdur.

Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Sergey Popko bildirib ki, paytaxta doğru uçan bütün raketlər və pilotsuz təyyarələr vurulub.

Xəzər

"Cebhe.info"

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
2
Mənbələr
Şərh ()
Bağla