AZ

Zaqatalada əksər dönərxanaların fəaliyyəti dayandırıldı

Zaqatalada əksər dönərxanaların fəaliyyəti dayandırılıb. Buna səbəb ötən gün 40 nəfərə yaxın sakinin toyuq dönərindən zəhərlənməsi göstərilir. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ötən gün günün ikinci yarısından başlayaraq gecə saatlarına kimi Zaqatala Rayon Mərkəzi Xəstəxanasına müxtəlif yaş qruplarına aid 40 nəfərə yaxın insan toyuq dönərindən zəhərlənməsi faktı əsasında müraciət edib.

Müraciət edənlər sırasında  beş nəfərin azyaşlı olduğu bildirilir. 

Məsələnin ciddiliyi nəzərə alınaraq rayon prokurorluğunda araşdırmalar başlanılıb, Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri rayona ezam edilib. 

Bizim.Media-nın yerli bürosu ilə söhbətində hadisəni qiymətləndirən yerli sakinlər bildirirlər ki, 40 nəfər həkimə müraciət edibsə, bəlkə onlarla insan evdə yaxınlarının vasitəsi ilə türkəçarələrlə müalicə alır. 

Digər bir qrup sakin isə toyuq dönəri, eləcə də digər dönər məmulatları üçün verilən sertifikatların kağız üzərində olmasını iddia edir və son hadisəni əsas gətirərək bildirir ki, bu işlərə nəzarət mexanizmi ancaq hadisə baş verəndən sonra gündəmə gəlir. Nəticə etibarı ilə hadisədən sonra görülən tədbirlərin isə effekti əhəmiyyətini itirir. 

Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, müraciət edən pasiyentlərə tibbi yardımlar göstərilir, müayinə və müalicələrə cəlb olunur. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
9
Mənbələr
Şərh ()
Bağla

Reytinq

İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil — YENİLƏNİB
6373
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
6273
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1180
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
956
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
947
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
929
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
912
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
549
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
347
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
293
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
287
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
250
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
180
Arda Gülər dayanmır, yenə fərqləndi -
169
Arda dubl etdi - VİDEO
154
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
149
Fərda görüşdüyü qadını başqa kişi ilə tutdu: Gördüm ki, maşında... - VİDEO
143
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
128
“Mançester Siti” İngiltərə çempionu olub
112
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
112