AZ

Sergey Çasnavitski “Gəncə” ilə yeni müqaviləyə imza atdı

“Gəncə” klubunun qadın voleybolçulardan ibarət komandasının baş məşqçisi Sergey Çasnavitski ilə yeni müqavilə imzalanıb.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, belaruslu mütəxəssis növbəti mövsümdə də Gəncə təmsilçisinin sükana arxasında olacaq.

Xatırladaq ki, Sergey Çasnavitski “Gəncə” komandasına 2023-cü ilin avqust ayında baş məşqçi təyin olunub. Komanda onun rəhbərliyi altında geridə qalmış 2023/2024 mövsümünü 4-cü yerdə başa vurub. Belə ki, Gəncə təmsilçisi 3-cü yer uğrunda “Murov”a məğlub olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
Mənbələr
Şərh ()
Bağla