AZ

ABŞ “Huawei” şirkətinə yarımkeçiricilərin tədarükünü qadağan edib

ABŞ Ticarət Departamenti bəzi şirkətlərə Çin elektronika istehsalçısı “Huawei”yə yarımkeçiricilər də daxil olmaqla mal tədarük etməyə icazə verən bir neçə ixrac lisenziyasını ləğv edib.

“Report” xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Şirkətlər çərşənbə axşamı Ticarət Nazirliyindən lisenziyalarının ləğv edildiyi barədə bildiriş alıblar və qərar dərhal qüvvəyə minib.

Bu hərəkət “Huawei”in yeni süni intellektlə təchiz edilmiş “MateBook X Pro” noutbuk modelinin satışa çıxarılmasından sonra edilib. “Huawei Technologies” informasiya və kommunikasiya texnologiyaları sahəsində dünya liderlərindən biri olan Çin şirkətidir.

Onun brendi internet provayderlərindən və mobil operatorlardan smartfonlar, planşetlər, smart saatlar, simsiz qulaqlıqlar, televizorlar, monitorlar və müxtəlif avadanlıqlar istehsal edir.

2018-ci ilin avqustunda ABŞ prezidenti Donald Tramp dövlət qurumlarına milli təhlükəsizliyə təhdidlə bağlı “Huawei” avadanlıqlarından istifadəni qadağan edən sərəncam imzalayıb.

2020-ci ildə Birləşmiş Ştatların Ticarət Departamenti istehsal sirlərinin Çinə sızmasının qarşısını almaq üçün şirkətin Amerika texnologiyasından istifadə etməklə hazırlanmış çiplərə çıxışını məhdudlaşdırıb. “Huawei” ona qarşı bütün ittihamları rədd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
136
8
Mənbələr
Şərh ()
Bağla

Reytinq

İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil — YENİLƏNİB
6838
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
6551
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1185
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1011
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
1003
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
992
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
986
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
580
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
376
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
301
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
296
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
263
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
224
Arda Gülər dayanmır, yenə fərqləndi -
191
Arda dubl etdi - VİDEO
177
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
165
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
148
Fərda görüşdüyü qadını başqa kişi ilə tutdu: Gördüm ki, maşında... - VİDEO
147
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
116
“Mançester Siti” İngiltərə çempionu olub
114