AZ

Baqrat "ağa" çaşıb düzünü dedi

Bu avantürist keşişin adı xarici dövlətin mənafeyinə casusluq etməkdə hallanır

Dörd kəndimizin özümüzə qaytarılması daşnak və revanşistlər tərəfindən hayların faciəsi kimi şişirdilərək ölkədə qızğın müzakirə mövzusuna çevrilib. Əslində bu, müzakirə olmayıb Paşinyan hakimiyyətinin devrilməsinə hesablanmış separatçılıqdır. Nahaq deyilmir ki, Ermənistanda etiraz aksiyasının təşkilatçıları başqa ölkələrin mənafeynə casusluq edənlərdir. Həmin casuslardan biri kimi keşiş Baqratın da adı hallanır.

Azərbaycanla sərhəddən Tavuş vilayətinin Kirants kəndindən delimitasiyaya etiraz və işğala dəstək olaraq İrəvana doğru, hökumətə qarşı başlayan yürüşün “lideri”-erməni mediasının qəhrəmana çevirdiyi vilayət yeparxiyasının arxiyepiskopu, keşiş Baqratın son günlərdəki çıxışlarından birində maraqlı etirafı diqqəti cəlb edib. Mətbuatdan bilirik ki, Baqrat Qalustyan bir neçə gündür ermənilərin milli qəhrəmanı rolunda təhrikçi çıxışlar etməklə məşğuldur. O, qaytarılmaqda olan kəndlərin sakinlərini silahlanıb vuruşmağa çağırır. Onun gözləri Ermənistanla Azərbaycan arasında təzəcə basdırılan və sülhdən xəbər verən sərhəd dirəklərini götürmür. Həyasız keşiş otuz il əvvəl işğal etdikləri kəndləri sahibinə qaytarmamaq üçün hər dona girir. Ona irad tuturlar ki, din siyasətə qarışmamalıdır. Dindarlar insanlar arasında barışıq və sülh yaratmalıdır . Hakimiyyətdən ona qızışdırıcı fəaliyyətinə görə xəbərdarlıqlar edilməsinə baxmayaraq Baqrat “ağa” (Ermənistan parlamentinin deputatları onu belə adlandırırlar) qan qoxuyan əməlində düzəliş etmir.

 Xəbər verilir ki, o, yerli mediaya açıqlamasında ermənilərin yalanlardan qidalanan xalq olduğunu deyib: “Biz yalanlardan qidalanan xalqıq, nifrətlə qidalanan xalqıq. Bu gün evdə insanlar bir-biri ilə iki kəlmə danışa bilmirlər, buna kim cavabdehdir?”

Əlbəttə, bu etiraf “müqəddəs” Baqratın əsl həqiqəti səmimiyyətlə etiraf etməsi deyil. "Qəhrəman keşiş" bu ifadələri başqa mənada  işlədib. Ancaq özü də başa düşmədən haylar haqqında əsl həqiqəti söyləyib.

O, düz deyir, ermənilər yalanla qidalanan, nifrətlə yaşayan bir başıpozuq toplum və terrorçudur. Onların sayı üç milyonu keçsə də yüz illərdir ki, xalq kimi formalaşa bilmirlər. Çünki daxillərindəki kin, nifrət və həsəd hayları inkişaf etməyə qoymur. Onlar nə yolla olursa-olsun başqalarından oğurlamağı, sonra da üstünə hay damğası vurub özlərininki kimi tanıtmağı iş-peşə ediblər. Bütün bunların səbəbkarı, cavabdehi, məsuliyyət daşıyanı isə kilsədir. Erməni kilsəsi daim qədim tariximizi ələ keçirmək, saxtalaşdırıb öz adına çıxmaq, Alban abidələrindəki bəzi elementləri dəyişdirərək, “qədim erməni abidəsi” kimi təqdim etməklə, hay yığnağı üçün yalançı tarix qondarmaqla məşğul olub. Onillərdir bu fəaliyyətin nəticəsində qana susamış, türkün torpağına göz dikən, türkün qoynuna girib, özünə yer edəndən sonra əfi ilana çevrilən bir terrorçu sürüsü yetişib. Bu millət hər yüz ildən bir öz nifrətini püskürməyə, qətliamlar törətməyə adət edib, çünki başqa cür yaşaya bilmir. Keçən yüzilliklərdə daşnakların xalqımıza qarşı törətdikləri soyqırımlar və ərazilərimizi müxtəlif üsullarla zəbt etmələri dediklərimizin ən yaxşı göstəricisidir. Tarix bunların vəhşiliklərinin şahididir.

İblis yuvasına çevrilmiş Eçmiədzin kilsəsi və onun "yetişdirdiyi" şeytan keşişlər ərazilərimizdə yaşayaraq bizim üçün ağır məqamlarda dəfələrlə kürəyimizdən xəncər saplayıblar. Bu, həmin Eçmiədzinin iblis keşişləridir ki, Türkiyəni və Azərbaycanı hayların bir nömrəli düşmənləri elan ediblər. Ona görə də dünyaya təzə gələn hay uşaqlarını türkə nifrət ruhunda böyüdürlər. Təzə gəlin köçən qızlara lənətlik yazıçı Zori Balayanın türklərə nifrətlə dolu "Ocaq" kitabını cehiz verirlər.

Bu əhval-ruhiyyədə “yetişdiyinə” görə də Baqrat "ağa" kimiləri bu gün Ermənistanla Azərbaycan arasında bağlanacaq sülhü qətiyyən istəmirlər. Eyni zamanda, Türkiyə ilə sərhədlərin açılmasını az qala Ermənistanın faciəsi kimi qələmə verirlər. Unudurlar ki, hazırda Türkiyədə on minlərlə erməni azad surətdə yaşayır və işləyir. Azərbaycanda da otuz minə yaxın erməni yaşayır və onların biri də dövlətdən və onları tanıyanlardan narazılıq etmir. Çünki onları təhdid edən yoxdur. Murdar xislətli keşiş Baqrat öz qılafından çıxa bilmir. Çünki onun beyni daşnak ideyaları ilə elə zəhərlənib ki, dünyanın ən tanınmış cərrahları belə beyinlərindəki zəhəri təmizləyə bilməz. Belələrinə bizlərdə haramzadə oğlu haramzadə deyirlər.

Vəli İlyasov, "İki sahil"

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
117
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
9431
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
7730
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
1486
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1435
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1406
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
1396
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
847
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
609
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
482
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
476
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
443
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
360
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
334
Arda Gülər dayanmır, yenə fərqləndi -
293
Arda dubl etdi - VİDEO
283
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
256
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
205
ОТГ поздравила азербайджанский народ с Днем Государственного Флага-ФОТО
202
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
200