AZ

Baş nazirin müavini Şahin Mustafayev İranın Azərbaycandakı səfiri ilə görüşdü

Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev mayın 7-də ölkəmizdə diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar İran İslam Respublikasının səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

Görüşdə Azərbaycan ilə İran arasında siyasi, iqtisadi-ticari, energetika, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri müzakirə olunub.

Baş nazirin müavini Şahin Mustafayev səfir Seyid Abbas Musəviyə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
21
Mənbələr
Şərh ()
Bağla