AZ

Şahin Mustafayev İran səfiri ilə görüşdü

Baş nazirinin müavini Şahin Mustafayev mayın 7-də Azərbaycanda diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar İranın səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, görüşdə Azərbaycan ilə İran arasında siyasi, iqtisadi-ticari, energetika, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri müzakirə olunub.

Baş nazirin müavini Şahin Mustafayev səfir Seyid Abbas Musəviyə gələcək fəaliyyətində uğurlar arzulayıb.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
21
teleqraf.com

10Mənbələr