AZ

Rumıniya “Patriot” sisteminin Ukraynaya verilməsi məsələsini müzakirə etməyə hazırdır

Bakı. Trend:

Rumıniya prezidenti Klaus İohannis “Patriot” hava hücumundanmüdafiə sisteminin Ukraynaya verilməsi məsələsini müzakirə etməyəhazır olduğunu bildirib.

Trend-in məlumatına görə, bu barədə dövlət başçısı RumıniyanınVaşinqtondakı səfirliyində ABŞ prezidenti Co Baydenlə görüşdənsonra mətbuat konfransında deyib.

"Son həftələr Ukraynanı "Patriot" sistemləri ilə kimin təmin edəbiləcəyi ilə bağlı olduqca gərgin müzakirələr gedirdi. Rumıniyadabelə sistemlər var və təbii ki, onlar bizdən də bu barədəsoruşublar", - deyə Rumıniya prezidenti bildirib.

K.İohannis bunu müzakirə etməyə açıq olduğunu deyib:

"Prezident Bayden bu sualı verdi və mən dedim ki, mən buməsələni müzakirə etməyə hazıram, yəni bu məsələni evdə, ölkəninAli Müdafiə Şurasında müzakirə etməli etməliyəm".

Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
134
Mənbələr
Şərh ()
Bağla