AZ

Fahree və İlkin "Avroviziya - 2024"də ÇIXIŞ ETDİLƏR - VİDEO

Xəbər verdiyimiz kimi, hazırda İsveçin Malmö şəhərində nüfuzlu "Avroviziya-2024" beynəlxalq mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilir.

Bizim.Media xəbər verir ki, ölkəmizi yarışmada təmsil edən Fahree və İlkin Dövlətov 12-ci nömrə altında "Özünlə apar" mahnılarını duet şəklində Avropa səhnəsində təqdim ediblər.

Onların həm ifasında həm də səhnə perfomansında bir neçə diqqətçəkən nüanslar olub.

Belə ki, Fahree-nin özünəməxsus improvizələri, eyni zamanda yüksək vokalı mahnının ilk notlarında özünü göstərib. İlkinin möhtəşəm muğam avazı isə nəğməyə ahənglik və parlaqlıq qatıb. Bununla da mahnıda Azərbaycan və doğma vətənin havası hiss olunub.

Bundan başqa təmsilçilərimizin səhnə perfomansı da maraq yaradıb. Belə ki, monitorda elektron variantda hazırlanan vizual qadın mahnı sədaları altında əlləri və bədəni ilə müxtəlif hərəkətlər yerinə yetirib. Təmsilçilərimizin çıxışlarının kuliminasiya nöqtəsində qadının əlləri səhnənin ortasında görüntülənib. İlkin və Fahree mahnılarını böyük ölçülü vizual əllər fonunda yekunlaşdırıblar.

Çıxışlarının sonunda Fahree ingilis dilində İlkin isə ana dilimizdə Avropa tamaşaçısına təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, bir neçə dəqiqədən sonra ölkəmizin final mərhələsinə qatılıb-qatılmayacağı ilə bağlı səslər açıqlanacaq.
 

Rəşad Əliyev, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
Mənbələr
Şərh ()
Bağla