Reyting.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İsrailin müdafiə naziri Yoav Gallant Qəzza zolağının cənubundakı Rəfaha hücumla bağlı suala cavabda deyib.
O bildirib ki, artıq bu gün ələ keçirdikləri Rəfah sərhəd məntəqəsində möhkəmləniblər: "Bölgəyə əlavə olaraq haubitsalar da göndərilib. Bu isə o deməkdir ki, Refaha hücum davam edəcək. HƏMAS Rəfah bölgəsində və bütün Qəzza zolağında məhv edilənə qədər və girovlar qaytarılana qədər bu əməliyyat davam edəcək".